AİB 2030 cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 6 oktyabr, AZƏRTAC
Asiya İnkişaf Bankının (AİB) ölkə tərəfdaşlığı strategiyası 2025-ci ilin iyul ayında təsdiq edilib. Bu strategiya əsasən iki sütuna söykənir: özəl sektorun kapitalı və yaradıcılığından geniş istifadə edərək daha şaxələndirilmiş iqtisadiyyat qurmaq, eyni zamanda, müxtəlif sektorların dekarbonizasiyasına kömək etmək.
AZƏRTAC xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə direktoru Sunniya Durrani Camal Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı çərçivəsində keçirilən "Azərbaycanda investisiyaların sürətləndirilməsi" panelində deyib.
“Hesab edirəm ki, bank üçün əsas strategiya özəl sektorun inkişafıdır. Bir çox insan soruşur ki, Asiya İnkişaf Bankı (AİB) ənənəvi olaraq uzun müddət hökumətləri maliyyələşdirən bir qurum olub. Niyə diqqət özəl sektorun inkişafına yönəldilir? Bunun səbəbi tədqiqatlarımızın göstərdiyi kimi kapitalın cəlb edilməsinin çox kritik olmasıdır. Kapitalın böyük hissəsi əslində özəl sektordadır. Texnoloji inkişafların çoxu da oradadır. Ən əsası isə, özəl sektorun təmin etməyə kömək edə biləcəyi səmərəlilik və nəticələrə yönəlmə imkanları var", - deyə AİB-in Azərbaycan üzrə direktoru əlavə edib.
AİB rəsmisi qeyd edib ki, bu səbəblərə görə, 2030-cu ilə qədər illik özəl sektor kreditləşməsini təxminən 13 milyard dollara çatdırmaq hədəfləri var: “Bu, həm bizim öz maliyyələşməmizi, həm də səfərbər olunan resursları əhatə edir. Bunu etmək üçün biz bir sıra özəl sektor tərəfdaşlarına diqqət yetiririk. Lakin infrastruktur və əlaqəlilik baxımından özəl kapitalı cəlb etmək üçün müxtəlif alətlərdən istifadə edirik. Biz, həmçinin A və B kreditləri kimi strukturları tətbiq edirik, paralel maliyyələşdirmə aparırıq, zəmanətlər veririk və risklərin ötürülməsini həyata keçiririk”.
Foto - Tofiq Babayev
Video - Ələkbər Baxşıyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 06 Oktyabr 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















