Icma.az
close
up
RU
AİB sədri saxta məhsullara görə bu qurumları günahlandırdı

AİB sədri saxta məhsullara görə bu qurumları günahlandırdı

Tribuna saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz ki, bu gün İrandan gətirilən məhsulların ölkəyə girişi və təhlükəli olub-olmadığı ekspertlər arasında qalmaqala səbəb olub.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, illər öncə Cəlilabad, Lənkəran zonası İrandan şəxsi tələbat üçün məhsullar alıb, satışı ilə məşğul olurdular.

E. Hüseynovun sözlərinə görə, artıq İrandan topdan, külli miqdarda məhsul alıb, kiçik bizneslə məşğul olanlar yoxdur. Üstəlik, bir ölkənin məhsulları “zərərlidir” deyə, anlayış yoxdur. Zərərli məhsul partiya mala aid olan anlayışdır. Demək olmaz ki, filan fabrikin malları zərərlidir. “Filan fabrikin, filan partiya malı zərərlidir” ola bilər. Əlbəttə, AİB-in İrandan gələn mallarına ən böyük iradı onun milli dildə barkalanmamasıdır. Bu məsələ də artıq düzəlir. Son 3 ildə bu məsələ 80 faiz düzəlibdir. İllər öncə fars dilin olan məhsulların heç yaranma və istifadə müddəti də bilinmirdi. Artıq Qida Təhlükəsizliyi Agentliyi bu sahədə iş görübdür. İstifadə və buraxılma müddəti qeyd olunur, qismən düzəlib.

Markalanmada məsələsinə toxunan Eyyub Hüseynov bildirib:

“Lakin markalanmada yenə problemlər qalır. Qida Təhlükəsizliyi Agentliyi bütün Azərbaycanın əmtəə bazarına girən malların təhlükəsizliyini təmin edir”.

Keyfiyyət məsələsinə toxunan sədr qeyd edib ki, bu barədə problemlər yaşanır:

“Çünki AQTA-nın əsas funksiyası malların təhlükəsizliyini təmin etməkdir. Ümumilikdə, keyfiyyət məsələsi ölkədə ikinci plandadır. Məsələn, Azad İstehlakçılar Birliyi 20 ilə yaxındır ki, İrandan gətirilən, Azərbaycanda satılan dadı, qoxusu, tamı, qaymaq dadı verən qaymaqların biz əksinə olmuşuq. Çünki aylarla qalır, xarab olmur. Belə qaymaqları kimyalaşmış mal hesab edirik. Bu o demək deyil ki, İrandan gələn mallar hamısı zaydır. İrandan gələn mallara əhalinin tələbatı böyükdür. Tələbatın da böyük olmasının səbəbi də budur ki, İran malları ucuzdur. Çünki məsafə yaxındır deyə, yol xərcləri az olur, ucuz başa gəlir. Çox təəssüflər olsun ki, İrandan gətirilən bəzi məhsullar vətəndaşlarımız ayrı mal adı altında satırlar. Məsəl, İrandan gətirilən duzları, “Ukrayna duzu” adı altında satırlar. Mən dəfələrlə dövlət orqanları qarşısında məsələ qaldırmışam ki, illərdir Ukraynadan Azərbaycana duz gəlmir. Amma üzərində Ukrayna dilində yazılıb. İranda onu qablaşdırıb satırlar. Xüsusən də Qərb zonasında geniş yayılıb. Çox təəssüflər olsun ki, İqtisadiyyat Nazirliyinin Qərb zonasında olan bölmələri, eləcə də AQTA-nın o zonada olan bölmələri məsələlərin qarşısını almırlar”.

Dəniz Pənahova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri