Icma.az
close
up
RU
Kərə yağı adı ilə satılan saxta yağlar: Necə tanıyaq? AİB SƏDRİ AÇIQLADI

Kərə yağı adı ilə satılan saxta yağlar: Necə tanıyaq? AİB SƏDRİ AÇIQLADI

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bazarda “kərə yağı” adı altında təqdim olunan ucuz məhsulların bir çoxu əslində tam olaraq heyvan mənşəli yağ olmayıb, bitki yağları və marqarinin qarışığından ibarət olur. Bu vəziyyət xüsusilə nəzarətsiz şəraitdə açıq şəkildə satılan, standartlara uyğun qablaşdırılmamış məhsullarda daha geniş yayılıb. Mütəxəssislərin müşahidələrinə əsasən, belə hallara əsasən qeyri-rəsmi bazarlarda, kənd təsərrüfatı yarmarkalarında və bəzi kiçik satış nöqtələrində tez-tez rast gəlinir”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Eyyub Hüseynov sözlərinə belə davam edib: “Məhsulun orijinallığını və tərkibini saxtalaşdırmaq üçün tətbiq edilən üsullardan biri belədir: əvvəlcə süddən alınmış qaymaqla əsl kərə yağı hazırlanır və sonradan süzülmüş, yəni qaymaqsız qalmış südün tərkibinə marqarin əlavə edilir. Bu qarışım xüsusi homogenizator cihazında emal olunur, nəticədə süni şəkildə bircinsli, yağlı tekstura alınır. Bu kütlə yenidən soyudularaq qaymaq və nəticədə “yağ” halına gətirilir. Lakin bu məhsulların tərkibində əsas komponent bitki mənşəli yağ və marqarin olduğundan, onların orqanizm üçün fəsadları qaçılmazdır. Belə yağların uzunmüddətli istifadəsi sağlamlıq üçün ciddi təhlükələr yarada bilər, xüsusilə ürək-damar xəstəlikləri riskini artırır.

Təəssüf ki, bəzi hallarda belə saxta yağlar laboratoriya analizlərindən belə “keçir”, çünki onların tərkibində az miqdarda da olsa süd turşuları olur. Bu isə laborator nəticələrdə yanlış interpretasiyaya səbəb ola bilər. Buna görə də istehlakçılar məhsulun keyfiyyətinə yalnız etiketə əsaslanaraq deyil, eyni zamanda istehsalçı firma, məhsulun görünüşü və teksturası ilə də yanaşmalıdırlar.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən akkreditə olunmuş və monitorinqə məruz qalan böyük market şəbəkələri isə ciddi nəzarət tədbirləri həyata keçirir. Bu cür marketlərdə satılan yağların bir çoxu ya yerli, ya da beynəlxalq sertifikatlı istehsalçılara məxsus olur. Məsələn, Yeni Zelandiyadan gətirilən "Westgold" brendi mütəxəssislər tərəfindən etibarlı və yüksək keyfiyyətli məhsul nümunəsi kimi göstərilir. Bu zavodların şəffaf və ekoloji təmiz şəraitdə fəaliyyət göstərməsi, heyvanların açıq havada bəslənməsi və məhsulun tam nəzarət altında qablaşdırılması onu etibarlı edir.

Yaxşı kərə yağını tanımaq üçün bir neçə fiziki əlamətə də diqqət yetirmək lazımdır. Əsl kərə yağı kəsilərkən bərabər şəkildə parçalanır, sərt olur və əriyərkən yumşaq deyil, daha çox qırıntılı olur. Saxta yağlar isə daha yumşaq konsistensiyaya malikdir və bu, onların tərkibində bitki yağı və ya margarin olduğunun göstəricisidir.

Sonda qeyd etmək vacibdir ki, istehlakçılar ucuz qiymətə aldanmamalı, məhsulun tərkibi, mənşəyi və istehsalçısı haqqında ətraflı məlumata sahib olmalı, yalnız rəsmi nəzarətdə olan satış məntəqələrinə üstünlük verməlidirlər. Qida təhlükəsizliyi həm fərdi sağlamlığın, həm də cəmiyyətin rifahının əsas şərtlərindən biridir”.

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 İyul 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see494

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see222

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see207

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see203

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see196

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see193

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see186

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see182

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see179

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see168

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see150

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see148

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri