Icma.az
close
up
RU
AİHM in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

AİHM in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “V.T. və digərləri Azrbaycana qarşı” iş üzrə 2026-cı il 18 iyun tarixli qərarı ilə bağlı İnsan hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanatda qeyd olunur:

"Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” iş üzrə 2026-cı il 18 iyun tarixli qərarını ədalətsiz, qərəzli, beynəlxalq hüququn müddəalarına zidd olduğunu, Avropa Məhkəməsinin yenə də siyasi oyunlara çəkilməsinin təsdiq etdiyini vurğulayır.

Avropa Məhkəməsi öz qərarında üç şəxsin ifadəsinə əsaslanaraq, heç bir mötəbər sübut olmadan, işin hallarını hərtərəfli araşdırmadan, özünü “DQR” dövlət orqanları adlandıran cinayətkarların “hesabatlarına” istinad edərək, Azərbaycan Respublikası tərəfindən İnsan hüquqlarına dair Avropa konvensiyasının pozulduğunu müəyyən etmişdir.

Xüsusi narahatlıqla qeyd olunur ki, Azərbaycan tərəfinin uzun illər ərzində təqdim etdiyi çoxsaylı məktublara, qeydlərə və etirazlara baxmayaraq, Avropa Məhkəməsi yenidən Azərbaycan üçün qəbuledilməz olan, onun beynəlxalq səviyyədə tanınmış suverenliyi və ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən terminologiyadan istifadə etmişdir.

“Azərbaycanla ‘DQR’ arasında təmas xətti”, eləcə də qondarma “DQR” ordusu, hakimiyyət orqanları, baş prokuroru və ombudsmanı kimi ifadələr heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmamış qanunsuz qurulmuş separatçı qurumla Azərbaycan Respublikası arasında hüquqi və ya faktiki bərabərlik təsəvvürü yaradır.

Bununla əlaqədar bildirilməlidir ki, “Çıraqov və digərləri Ermənistana qarşı” iş üzrə 2016-cı il 16 iyun tarixli qərarında Avropa Məhkəməsinin Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan Respublikası tərəfindən faktiki işğal olunmasınıetiraf etməsinə baxmayaraq, hazırkı qərarda 2020-ci ilin noyabrına qədər işğal altında olmuş ərazilərinin “DQR” adlandırılması məntiqlə uzlaşmır. Avropa Məhkəməsinin 2016-cı ilin qərarında birmənalı olaraq qeyd edilmişdir ki, Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan ərazisində yerləşdirilmiş, Ermənistanın dövlət büdcəsinin xeyli hissəsi həmin ərazilərə xərclənmiş, Azərbaycan ərazisində fəaliyyət göstərmiş işğalçı rejim Ermənistan Respublikasının birbaşa iştirakı və hərtərəfli dəstəyinə görə mövcud olmuşdur.

Avropa Məhkəməsinin dünənki qərarında Ermənistan Respublikasının ərazisində anadan olmuş, Ermənistan vətəndaşı olan hərbçinin hansı səbəblərdən Azərbaycan Respublikasının suveren ərazisində xidmət keçməsi məsələsi ümumiyyətlə araşdırılmamışdır. Bu məsələ araşdırılsa idi, Avropa Məhkəməsi beynəlxalq humanitar hüququn müvafiq müddəalarını tətbiq edilməli olardı. Lakin, bu məsələyə “diqqət yetirilməməsi” Avropa Məhkəməsinin istədiyi nəticəyə gəlməsinə xidmət etmişdir.

Həmçinin, sual yaranır ki, nəyə görə qərarda hadisələrin “DQR” ərazisində baş verməsinə, “DQR dövlət orqanları” tərəfindən araşdırmanın aparılmasına, habelə hadisə barədə məlumatın “DQR ombudsmanının” hesabatında göstərilməsinə istinad edildiyi təqdirdə, iş üzrə sübut kimi, istintaq materialları ərizəçilər tərəfindən deyil,

Ermənistan Respublikası tərəfindən Avropa Məhkəməsinə təqdim edilmişdir? Aydındır ki, Avropa Məhkəməsi bu məsələlərə aydınlıq gətirsə idi, qərardakı nəticəyə gəlinməsi xeyli çətinləşərdi.

Hesab edirəm ki, “DQR”-in müstəqil qurum kimi göstərilməsi, “DQR” ilə Azərbaycan Respublikası arasında təmas xəttinə istinad edilməsi nəinki Avropa Məhkəməsinin presedent hüququnun təhrif edilməsi, hətta Azərbaycan Respublikasının dövlət suverenliyinə hörmətsizlik göstərilməsi kimi qiymətləndiriməlidir.

Qərar faktların açıq-aşkar birtərəfli təqdimatı ilə də səciyyələnir. Məhkəmə mahiyyət etibarilə ərizəçilərin irəli sürdüyü və Ermənistan Hökumətinin dəstəklədiyi hadisələr versiyasını qəbul etmiş, lakin müvafiq dövrdə Azərbaycanın faktiki nəzarəti altında olmayan ərazilərdə baş verdiyi iddia edilən hadisələrlə bağlı irəli sürülən iddiaların yoxlanılmasında Azərbaycanın üzləşdiyi obyektiv çətinlikləri nəzərə almamış və ya əhəmiyyətli hesab etməmişdir. Ermənistan tərəfinə və qondarma “DQR” strukturlarına aid materiallar etibarlı sübut kimi qəbul edilmiş, Azərbaycanın mövqeyi isə ədalətli hüquqi qiymətləndirmə əsasında deyil, əksinə, birtərəfli mövqe sərgiləmə yolu ilə qiymətləndirilmişdir. Başqa sözlə, qərar yalnız Ermənistan tərəfinin təqdim etdiyi narratividəstəkləyən ehtimallar üzərində qurulmuşdur.

Kompensasiya ilə bağlı qərar da qətiyyən qəbuledilməzdir. Məhkəmə kompensasiyanı zərərçəkmişlərə birgə şəkildə deyil, eyni ailənin hər üzvünə ayrıca təyin etməklə oxşar işlərdə formalaşmış əvvəlki məhkəmə təcrübəsindən kənara çıxmışdır. Bu isə qərarın Məhkəmənin öz presedent hüququnun ardıcıl və prinsipial tətbiqi əsasında deyil, emosional və birtərəfli yanaşma əsasında qəbul edildiyi təəssüratını yaradır.

Xüsusilə vurğulanmalıdır ki, Avropa Məhkəməsinin Azərbaycan Respublikasının dövlət suverenliyinə və qanuni maraqlarına hörmətsizlik göstərilməsinə İnsan hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi tərəfindən dəfələrlə etirazlar bildirilmiş, lakin Avropa Məhkəməsinin bu təcrübəsi davam etdirilməkdədir.

Avropa Məhkəməsinin bu cür qərarları belə təəssürat yaradır ki, Avropa Məhkəməsi AŞPA-nın çirkin oyunlarına qoşularaq, Azərbaycan Respublikası tərəfindən öz ərazilərinin erməni işğalından azad edilməsi ilə barışa bilmir və hər vəchlə Azərbaycan dövlətindən və xalqından qısasını almağa çalışır.

Bu cür təcrübə beynəlxalq məhkəmənin şəffaflığı, qərəzsizliyi, ədalətliliyi və mötəbərliyi ilə bağlı ciddi şübhələr doğurur və bununla bağlı müvafiq addımlar atılacaqdır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” iş üzrə qərarında əks olunmuş nəticələri qəti şəkildə rədd edir və bu qüsurlu qərara cavab olaraq bütün mümkün hüquqi və prosessual vasitələrin nəzərdən keçiriləcəyini bildirir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://axar.az
archiveBu xəbər 19 İyun 2026 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri