Aİİ də alternativ nəqliyyat marşrutlarının yaradılması ilə bağlı çağırış
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Avrasiya İqtisadi İttifaqında (Aİİ) alternativ nəqliyyat marşrutları yaradılmalı və dəmir yolu layihəsi Əfqanıstan vasitəsilə Pakistana inteqrasiya edilməlidir. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Oljas Bektenov Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.
O qeyd edib ki, Aİİ ölkələri "magistral-nəqliyyat arteriyaları ilə əhatə olunub". Bununla əlaqədar Baş nazir vurğulayıb ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti ildən-ilə artır və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanları genişlənir.
"Regionun bütün dövlətlərinin maraq göstərəcəyi alternativ marşrutların yaradılması məsələsini araşdırmaq lazımdır. Bu baxımdan Pakistanın Kəraçi limanı istiqamətində 10 milyon tona qədər yük daşımalarını təmin edə biləcək Turqundi-Herat dəmir yolu layihəsinə, eləcə də Əfqanıstandakı digər iri layihələrə diqqət yetirmək istərdik. Bu çox perspektivli nəqliyyat magistralının mövcud Avrasiya marşrutları sisteminə inteqrasiyası məsələsi üzərində işləməyi təklif edirik", - O.Bektenov bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 15 Avqust 2025 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















