UEFA Beşiktaş Hapoel matçındakı hadisələrlə bağlı müfəttişlər təyin edib
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Türkiyənin "Beşiktaş" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında Gürcüstanda keçirilmiş UEFA Avropa Liqasının oyununda baş verən hadisələri araşdırmaq üçün etika və intizam müfəttişləri təyin edilib.
"Report" xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
Avropa futbol qurumu neqativ əməlləri qətiyyətlə pisləyib. Təşkilat futbolda aqressiya, nifrət, eləcə də istənilən təxribatçı, ayrı-seçkilik və ya ekstremist davranışa yer olmadığını bəyan edib.
Müfəttişlər UEFA-nın müvafiq normativ-hüquqi bazasına uyğun olaraq insidentlərlə bağlı araşdırma aparacaq, zəruri faktları və halları müəyyənləşdirmək üçün mövcud olan bütün sübutları nəzərdən keçirəcəklər. Məsələ ilə əlaqədar ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, Batumi şəhərində oynanılan "Beşiktaş" - "Hapoel" matçının birinci hissəsinin ortalarında İstanbul təmsilçisinin fanatlarının olduğu sektorda iğtişaşlar yaşanıb və polis güc tətbiq edib. Görüş təxminən yarım saat dayandırıldıqdan sonra davam etdirilib. Qarşılaşma Türkiyə komandasının qələbəsi ilə yekunlaşıb - 2:1.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 27 Noyabr 2026 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















