Icma.az
close
up
RU
AIIB Azərbaycanla günəş enerjisi sahəsində ilk sazişini imzalayıb

AIIB Azərbaycanla günəş enerjisi sahəsində ilk sazişini imzalayıb

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

COP29 çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Cənubi Qafqazda “yaşıl infrastruktur”un genişləndirilməsi istiqamətində əhəmiyyətli addım ataraq, Azərbaycanda ilk özəl sektorun iştirakı ilə bərpa olunan enerji layihəsi üçün 160 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına dair saziş imzalayıb.

Bu barədə Bakıvaxtı.az-a bankdan bildirilib.

“Abu Dhabi Future Energy Company”PJSC (Masdar) ilə əməkdaşlıq çərçivəsində bu investisiya hesabına iki günəş fotovoltaik (PV) elektrik stansiyasının - 315 MVt gücündə Banka Günəş PV Elektrik Stansiyası (Banka Solar) və 445 MVt gücündə Biləsuvar Günəş PV Elektrik Stansiyasının (Biləsuvar Solar) inkişafı, tikintisi, istismarı və texniki xidmətlərin göstərilməsi maliyyələşdiriləcək. Azərbaycan hökuməti tərəfindən təyin edilmiş “SOCAR Green” şirkəti “Masdar”ın yerli tərəfdaşı olaraq layihəyə qoşularaq, ölkənin aşağıkarbonlu gələcəyə sadiqliyini bir daha vurğulayır, məlumatda deyilir. Layihəni həmçinin Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı maliyyələşdirir.

Günəş elektrik stansiyaları təmiz, sərfəli enerji təchizatı təmin edərək, illik təxminən 757 min ton CO₂ekvivalent istixana qazı emissiyalarını azaldacaq və əhəmiyyətli yerli məşğulluq imkanları yaradacaq. Layihə həmçinin Azərbaycanın Paris Sazişi çərçivəsindəki iqlim hədəflərinə və yenilənmiş Milli Təyin Edilmiş Töhfələrinə (NDC) nail olmasına kömək edəcək, məlumatda deyilir.

“Bu layihə ilə AIIB Azərbaycanın iddialı enerji keçidini dəstəkləməyə, günəş enerjisindən istifadə edərək dayanıqlı enerji infrastrukturu yaratmağa və ölkənin iqlim məqsədlərinə çatmasına kömək etməyə sadiqdir, - deyə AIIB-nin Qlobal Layihə və Korporativ Maliyyə Müştəriləri üzrə Baş Direktoru Nacib Heydər bildirib. - Bu maliyyələşdirmə, AIIB-nin bərpa olunan enerji layihələrini genişləndirmək və Azərbaycan və region üçün dayanıqlı gələcək təmin etmək məqsədilə özəl kapitalın səfərbər edilməsinə sadiqliyini vurğulayır”.

Bu əməliyyat, AIIB-nin Azərbaycanda üçüncü, lakin ölkədəki ilk suveren təminatsız krediti olmaqla, Bankın portfelini şaxələndirmək və Qafqaz regionunda bərpa olunan infrastrukturun gücləndirilməsinə sadiqliyini göstərir. Bu günə qədər AIIB Qafqazda enerji və nəqliyyat kimi sektorları əhatə edən və regionun uzunmüddətli inkişafı və dayanıqlığını dəstəkləməyə yönəlmiş yeddi layihəni maliyyələşdirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Noyabr 2024 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri