Ərdoğan Azərbaycanla təbii qaz sahəsində Əməkdaşlıq Sazişini imzaladı
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi”ni imzalayıb.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, saziş “Resmi Gazete”də dərc edilib və qüvvəyə minib.
Qeyd edək ki, 2024-cü il mayın 14-də İstanbul şəhərində imzalanmış Saziş 8 iyul 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunub.
Sazişi Azərbaycan Respublikası Hökuməti adından iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyə Respublikası Hökuməti adından isə energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar imzalamışdılar.
Sazişin əsas məqsədi iki ölkənin bölgədə enerji təhlükəsizliyinin təmin edilməsi və enerji təchizatı mənbələrinin şaxələndirilməsində birgə addımlar atmasından ibarətdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 18 Aprel 2025 01:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















