Icma.az
close
up
RU
AIIB Azərbaycanla günəş enerjisi sahəsində ilk sazişini imzalayıb

AIIB Azərbaycanla günəş enerjisi sahəsində ilk sazişini imzalayıb

Icma.az bildirir, Sia Az portalına istinadən.

COP29 çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Cənubi Qafqazda “yaşıl infrastruktur”un genişləndirilməsi istiqamətində əhəmiyyətli addım ataraq, Azərbaycanda ilk özəl sektorun iştirakı ilə bərpa olunan enerji layihəsi üçün 160 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına dair saziş imzalayıb. Bu barədə SİA-ya bankdan bildirilib.

“Abu Dhabi Future Energy Company”PJSC (Masdar) ilə əməkdaşlıq çərçivəsində bu investisiya hesabına iki günəş fotovoltaik (PV) elektrik stansiyasının - 315 MVt gücündə Banka Günəş PV Elektrik Stansiyası (Banka Solar) və 445 MVt gücündə Biləsuvar Günəş PV Elektrik Stansiyasının (Biləsuvar Solar) inkişafı, tikintisi, istismarı və texniki xidmətlərin göstərilməsi maliyyələşdiriləcək. Azərbaycan hökuməti tərəfindən təyin edilmiş “SOCAR Green” şirkəti “Masdar”ın yerli tərəfdaşı olaraq layihəyə qoşularaq, ölkənin aşağıkarbonlu gələcəyə sadiqliyini bir daha vurğulayır, məlumatda deyilir. Layihəni həmçinin Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı maliyyələşdirir.

Günəş elektrik stansiyaları təmiz, sərfəli enerji təchizatı təmin edərək, illik təxminən 757 minton CO₂ekvivalent istixana qazı emissiyalarını azaldacaq və əhəmiyyətli yerli məşğulluq imkanları yaradacaq. Layihə həmçinin Azərbaycanın Paris Sazişi çərçivəsindəki iqlim hədəflərinə və yenilənmiş Milli Təyin Edilmiş Töhfələrinə (NDC) nail olmasına kömək edəcək, məlumatda deyilir.

“Bu layihə ilə AIIB Azərbaycanın iddialı enerji keçidini dəstəkləməyə, günəş enerjisindən istifadə edərək dayanıqlı enerji infrastrukturu yaratmağa və ölkənin iqlim məqsədlərinə çatmasına kömək etməyə sadiqdir, - deyə AIIB-nin Qlobal Layihə və Korporativ Maliyyə Müştəriləri üzrə Baş Direktoru Nacib Heydər bildirib. - Bu maliyyələşdirmə, AIIB-nin bərpa olunan enerji layihələrini genişləndirmək və Azərbaycan və region üçün dayanıqlı gələcək təmin etmək məqsədilə özəl kapitalın səfərbər edilməsinə sadiqliyini vurğulayır”.

Bu əməliyyat, AIIB-nin Azərbaycanda üçüncü, lakin ölkədəki ilk suveren təminatsız krediti olmaqla, Bankın portfelini şaxələndirmək və Qafqaz regionunda bərpa olunan infrastrukturun gücləndirilməsinə sadiqliyini göstərir. Bu günə qədər AIIB Qafqazda enerji və nəqliyyat kimi sektorları əhatə edən və regionun uzunmüddətli inkişafı və dayanıqlığını dəstəkləməyə yönəlmiş yeddi layihəni maliyyələşdirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Noyabr 2024 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri