Icma.az
close
up
RU
Menu

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Ailə cinayətləri: maarifləndirmə tədbirləri hansı yöndə inkişaf etməlidir?

Ailə cinayətləri: maarifləndirmə tədbirləri hansı yöndə inkişaf etməlidir?

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ailə cinayətləri cəmiyyətin ən ciddi və həssas məsələlərindən biridir.

Ailə cinayətləri, adətən, ailə fərdləri arasında baş verir və həm fiziki, həm də psixoloji zorakılığa yol açır. Bu tip hadisələrin qarşısının alınması üçün yalnız hüquqi tədbirlər deyil, eyni zamanda sosial, təhsil və psixoloji dəstək proqramları da vacibdir. Ailə içindəki zorakılıq həm qurbanlar, həm də cəmiyyət üçün böyük zərərlərə yol açır, bu səbəbdən bu məsələnin həlli üçün ciddi tədbirlər görülməsi vacibdir. 

Ölkəmizdə ailə cinayətləri ilə bağlı hansı maarifləndirmə tədbirləri aparılır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədli bildirib ki, ailə cinayətlərinin qarşısını almaq üçün ilk növbədə maarifləndirmə proqramları önəmlidir. Xüsusilə uşaqlar və gənclər arasında gender bərabərliyi, hörmət və sevgi ilə bağlı təhsil verilərək, zorakılığa qarşı mübarizə aparılmalıdır. Məktəblərdə və ictimai yerlərdə zorakılıq mövzusunda seminarlar və müzakirələr təşkil edilməli, ailə içindəki münasibətlərin sağlam şəkildə qurulması mövzusunda biliklər artırılmalıdır: 

"Zorakılığın köklərini aradan qaldırmaq üçün cəmiyyətin təhsil səviyyəsinin artırılması, ailələrə düzgün dəyərlərin aşılanması mühüm rol oynayır. Bu tip tədbirlər xüsusilə məktəblərdə və digər təhsil müəssisələrində gənclərə zorakılığın müxtəlif formalarından xəbərdar olmağı və qarşısını almağı öyrətmək lazım olduğunu vurğulayıb. Bu təlimlə  uşaqların ailə içindəki münasibətləri düzgün şəkildə başa düşmələrinə və cəmiyyətə məsuliyyətli fərdlər olaraq yetişmələrinə kömək edəcək". 

Hüquqşünas həmçinin, ailə içindəki zorakılığın ən böyük səbəblərindən birinin cəmiyyətdəki gender stereotipləri olduğunu bildirib. Bəzi ailələrdə qadınlara qarşı dözümsüzlük və ya kişilərin hər şeyin sahibi olduğu anlayışı zorakılığa təkan verən faktorlardır. Bu səbəbdən, gender bərabərliyi mövzusunda təhsilin gücləndirilməsi zəruridir. Ayxan Məmmədli təklif edib ki, dövlət, qeyri-hökumət təşkilatları və media arasında əməkdaşlıq qurulmalı, zorakılığın qarşısını almaq üçün güclü bir maarifləndirmə kampaniyası həyata keçirilməlidir. 

Bundan əlavə, hüquqşünas sosial xidmətlərin və psixoloji dəstək xidmətlərinin daha geniş şəkildə tətbiq edilməsinin vacibliyini də qeyd edib:

"Zorakılığa məruz qalan şəxslərə psixoloji yardımların göstərilməsi, onların bərpası və cəmiyyətə yenidən inteqrasiyası üçün vacibdir. Psixoloji xidmətlərdən əlavə, hüquqi dəstək də təmin edilməli, qurbanlar hüquqlarını qorumaq üçün lazım olan biliklərlə təmin edilməlidir. Bununla yanaşı, hüquqi dəstəyin təmin edilməsi, qurbanların hüquqlarını qorumaq və onların ədalətə çatmalarını təmin etmək üçün əhəmiyyətlidir. Zorakılığa məruz qalmış şəxslər çox zaman hüquqlarını bilmirlər və bu, onların hüquqi müdafiə yollarına müraciət etmələrini çətinləşdirir. Hüquqi məsləhət xidmətləri və hüquqi təlimatlar qurbanlara nə etməli olduqları və hansı hüquqlara sahib olduqları barədə məlumat vermək, onların təhlükəsizliyini təmin etmək və ədalət əldə etmələrini asanlaşdırmaq üçün vacibdir".

Ayxan Məmmədli: Ailə zorakılığı ilə mübarizə hüquqi tədbirlər vasitəsilə mümkündür

Həmsöhbətimizin sözlərinə görə, Ailə cinayətlərinin qarşısını almaq üçün dövlətin qanunvericiliyinin gücləndirilməsi və hüquqi mühafizə orqanlarının fəaliyyətinin effektiv şəkildə artırılması, bu məsələyə ciddi yanaşılmasının əsasını təşkil edir: 

"Ailə zorakılığı ilə mübarizə  hüquqi tədbirlər vasitəsilə mümkündür və bu tədbirlər yalnız zorakılığın qarşısını almağa deyil, həm də qurbanların hüquqlarını qorumağa yönəldilməlidir. Hüquq mühafizə orqanlarının, hüquqşünasların və digər mütəxəssislərin bu sahədəki fəaliyyəti gücləndirilməli, qurbanların təhlükəsizliyini təmin edəcək bir hüquqi sistem qurulmalıdır. Dövlət ailə zorakılığı ilə bağlı qanunları sadəcə tətbiq etməklə kifayətlənməməli, həmçinin bu qanunların icrasını da təmin etməlidir. Məsələn, ailə zorakılığına qarşı sərt cəzaların tətbiqi, cinayətkarların məsuliyyətə cəlb edilməsi, cinayətlərin sürətlə araşdırılması və müvafiq cəzaların verilməsi bu cür cinayətlərin təkrarlanmasının qarşısını almağa kömək edər. Həmçinin, bu sahədə müvafiq məhkəmə qərarları sürətlə həyata keçirilməli, zorakılığa məruz qalan şəxslərin hüquqi müdafiəsi gücləndirilməlidir. 

Qurbanların hüquqi dəstəklə təmin edilməsi çox vacib olduğunu diqqətə çatdıran A.Məmmədli xatırladıb ki, zorakılığa məruz qalan şəxslər bəzən hüquqlarını bilmir və ya qorxularından hüquqi addım atmırlar: 

"Bu səbəbdən, hüquqi təşkilatlar, zorakılığa məruz qalmış şəxslərə gizli və etibarlı məlumat xidməti təqdim etməlidir. Bu xidmətlər qurbanlara hüquqları barədə məlumat verərək onlara müraciət edilməsi lazım olan müvafiq orqanları, hüquqi prosedurları və onların təhlükəsizliklərini necə təmin edəcəklərini izah etməlidir. Həmçinin, bu xidmətlər qurbanların qorunması üçün təcili tədbirlər görülməsini təmin etməli və onlara müvafiq hüquqi yardım təklif etməlidir. Eyni zamanda, hüquq mühafizə orqanları, xüsusən polis, zorakılığa məruz qalan şəxslərin təxirəsalınmaz mühafizəsini təmin etməli, onlara təcili yardım göstərməli və əgər tələb olunarsa, müvəqqəti sığınacaq yerlərinə yönəltməlidir. Sosial xidmətlər və psixoloji dəstək qrupları ilə əməkdaşlıq qurulmalı, zorakılığa məruz qalan şəxslərin həm fiziki, həm də psixoloji bərpası üçün müvafiq şərait yaradılmalıdır. Dövlətin güclü qanunvericilik və hüquqi müdafiə strukturları, yalnız ailə zorakılığının qarşısını almağa deyil, həm də cəmiyyətin daha təhlükəsiz, ədalətli və bərabər hüquqlara sahib bir mühitdə inkişaf etməsinə xidmət edir".

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 31 Yanvar 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see298

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see283

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see279

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see242

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see230

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see226

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see226

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see225

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see225

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see214

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see214

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see211

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see206

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see199

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see191

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see189

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see186

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see186

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see182

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri