Icma.az
close
up
RU
Ailə dəyərləri: Güclü cəmiyyyət üçün güclü ailə modeli

Ailə dəyərləri: Güclü cəmiyyyət üçün güclü ailə modeli

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

İSTİQAMƏT: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması 

Ailə dəyərlərinin qorunması həm də cəmiyyətin bütövlüyünün qorunması deməkdir. Bu mənada güclü cəmiyyət üçün güclü ailə dəyərlərinə ehtiyac duyulur. Bəzən ailə dəyərlərinin deqradasiyaya uğraması ilə bağlı müxtəlif fikirlər səslənir. 

Əslində bu da cəmiyyətdən asılı olan amildir. Çünki dəyərlər üzərində cəmiyyətin dəstəyi zəiflədikdə, dəyərlərin deqradasiyası meydana çıxır. Bu da cəmiyyətin özü üçün təhlükə deməkdir. Məsələyə ümumi yanaşsaq, milli dəyərlər cəmiyyətdə, fərdlər arasında ortaq duyğu, düşüncə, məqsəd və davranış bütövlüyünü meydana gətirən birləşdirici faktordur. Ailə dəyərlərinin qorunması da məhz bu baxımdan önəmlisidir. 

Statistik məlumatlara görə, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 36 min 651 nikah və 15 min 964 boşanma halı qeydə alınıb. Bu da qurulan ailələrin 43 faizdən çoxunun dağılması deməkdir. Ötən ilin statistik rəqəmləri də ürəkaçan deyil. 

Belə ki, 2023-cü ildə 54 min 200 nəfər nikah bağlayıb, 21 min 688 nəfər isə boşanıb. Bu isə boşanma hallarının 40 faiz civarında olduğunu göstərir. 2022-ci illə müqayisədə isə boşananların sayında 5705 artım olub. Göründüyü kimi, hər il boşananların sayında ciddi artım olur.

 Ailələrin dağılmasında artım müxtəlif obyektiv və subyektiv səbəblərlə izah olunur. Ən çox səslənən səbəblər kimi cəmiyyət və ailə dəyərləri, insanların iqtisadi vəziyyəti, fərdi xüsusiyyətlər göstərilir. Digər tərəfdən, insanların düşünclərində baş verən dəyişiklər də boşanmaların sayının artmasına səbəb olan faktora çevrilib. 

Ekspertlər hesab edirlər ki, illər əvvəl boşanmaya səbəb olmayan məsələlər zaman keçdikcə insanların evliliyini bitirmək üçün əsas olmağa başlayıb. Şəxsi ehtiyacların, ailə münasibətlərində prioritet təşkil etməli məsələlərin dəyişməsi, qarşı tərəfdən gözləntilərin artması da boşanmaya səbəb ola bilər. Ailələrin dağılmasına səbəb olan əsas 14 hal isə bu cür təsvir olunur: 
*Ünsiyyət problemləri(Doğru mübahisə etməyi və doğru barışmağı bacarmamaq), 
*3-cü tərəflərin təsiri, 
*Partnyoru olduğu kimi qəbullana bilməmək, 
*dəyişməyə çalışmaq, 
*hədsiz gözləntilər,
* intim uyğunsuzluq,
* xarakter fərqlilikləri, 
*zorakılıq, 
*maddi problemlər, 
*hisslərin keçməsi, 
*emosional uzaqlaşma, 
*həyat və ailə vizyonlarının üst-üstə düşməməsi, 
*bir komanda olmağı bacarmamaq, 
*birlikdəlik barədə fikirayrılığı, 
*mənəvi və maddi dəstəyin olmaması, 
*gözdəndüşmə, 
*sürətli çözüm yolu axtarmaq; 
*münasibətdəki problemlərin üzərində işləmək istəməmək, 
*pis vərdişlər və asılılıqlar. 

Müasir dövrün boşanma səbəblərini psixoloq və sosioloqlar məhz bu cür izah edirlər. Digər bir nüans isə sosial şəbəkələrin boşanmaların sayının artmasında oynadığı roldur. Bu gün cəmiyyətin böyük bir kəsimi boşanmaların sayının artmasını məhz sosial şəbəkələrə bağlayır və oradakı bahalı həyatın ailədaxili münaqişələrə səbəb olduğunu iddia edilir. 

Ekspertlər hesab edirlər ki, bu cür problemlərin qarşısını almaq üçün mediada mütəmadi olaraq ailə dəyərləri təbliğ olunmalı, Azərbaycan üçün ailə modeli anlayışı formalaşmalıdır. Azərbaycana xas olacaq ailə modeli digər problemli ailələrə nümunə ola və ailə dəyərləri ön plana keçə bilər ki, bu da boşanma hallarının azalmasına gətirib çıxarar. Nəzərə alsaq ki, ailə həm də milli-mənəvi dəyərlərin daşıyıcısıdır, bu halda qurulan ailələrin qorunub saxlanılması vacibdir. Çünki milli-mənəvi dəyərlər həm də bir ölkənin varlığı, təhlükəsizliyi, inkişafı və ən əsası müstəqilliyidir. 

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 

Vilayət Muxtar 
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:308
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Dekabr 2024 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri