Icma.az
close
up
RU
Ailə dəyərlərinə olan təhdidlərin uşaqların psixologiyasına vurduğu ziyanlar

Ailə dəyərlərinə olan təhdidlərin uşaqların psixologiyasına vurduğu ziyanlar

Icma.az, Adelet.az saytına istinadən bildirir.

Ailə yalnız iki insanın hüquqi və mənəvi birliyi deyil, həm də bir cəmiyyətin təməl daşı, gələcək nəslin formalaşdığı ilk məktəbdir. Cəmiyyətin sabitliyi, davamlılığı və mənəvi dayaqları ailə institutunun möhkəmliyindən asılıdır. Azərbaycanda ailə ənənələri və dəyərləri tarixən müqəddəs sayılmış, nəsildən-nəslə ötürülən tərbiyə məktəbi kimi formalaşmışdır. Uşaqların formalaşmasında bu mühitin rolu əvəzsizdir. Məhz buna görə də hansısa neqativ sosial hadisə baş verdikdə ictimaiyyətin diqqəti dərhal həmin şəxsin ailəsinə, valideyn münasibətlərinə yönəlir. Bu da göstərir ki, ailənin insan şəxsiyyətinin təməlində dayanan ən vacib institut olduğu hər kəs tərəfindən qəbul olunur.

Mütəxəssislər bildirirlər ki, ailə münasibətləri uşaqların psixoloji və emosional sağlamlığında həlledici rol oynayır. Ailədə sevgi, hörmət və qarşılıqlı anlayış mühiti olan zaman orada böyüyən uşaq da özünü rahat, inamlı və sosial cəhətdən güvənli hiss edir. Əksinə, ailə daxilindəki konfliktlər, zorakılıq, laqeydlik və sevgisizlik uşaqlarda ciddi psixoloji travmalara səbəb ola bilir. Bu travmalar bəzən uşağın gələcək həyatında ailəyə, cəmiyyətə və insanlara olan münasibətində dərin izlər buraxır.

Ailənin psixoloji sağlamlığı cəmiyyətin ümumi rifahına da təsir edir. Güclü və sağlam ailə strukturları sosial sabitliyin əsas sütunlarından biridir. Bu baxımdan, ailə dəyərlərinin qorunması və təbliği üçün cəmiyyətin hər üzvünün məsuliyyəti böyükdür. Ailə mühitindəki sevgi və qayğının zəifləməsi, münaqişələrin artması isə sosial problemlərin kökünü təşkil edir. Beləliklə, ailə dəyərlərinə edilən hücumlar təkcə fərdi səviyyədə deyil, bütövlükdə cəmiyyətin gələcəyinə yönəlmiş təhdidlər kimi qəbul edilməlidir.

Cəmiyyətin nüvəsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirir ki, müasir dövrdə milli kimlik məsələləri, milli-mənəvi dəyərlər və ailə dəyərlərinə zidd olan proseslər qarşımıza ciddi çağırışlar qoyur. Ailənin cəmiyyətin nüvəsi və əsası olduğunu vurğulayan Bahar Muradova Azərbaycan ailəsinin mövcud iqtisadi, sosial, maddi imkanlardan, resurslardan istifadə edərək inkişaf etməsi və müasirləşməsi, hüquqlarının qorunması və təhlükəsizliyinin təmin olunmasının dövlətin qarşısında duran vacib istiqamətlərdən olduğunu qeyd edir. Onun sözlərinə görə,  ailə, cəmiyyət və dövlət arasında əlaqə müxtəlif istiqamətli olmalıdır və yekun nəticədə bütün səylər bir araya gəlməlidir: “Biz qarşılıqlı əlaqəni elə təmin etməliyik ki, ailədə formalaşan uşaq dövlətin də qarşısında vətəndaş kimi cavabdeh olduğunu düşünsün. Biz bütün hərəkətlərimizlə ailəmizə, cəmiyyətə və dövlətə xidmət etdiyimizi unutmamalıyıq”.

Azərbaycan ailə institutunun tarixinə nəzər salan Dövlət Komitəsinin sədri Ümummilli lider Heydər Əliyevin, eləcə də onun siyasi xəttini davam etdirən Prezident İlham Əliyevin dövlət siyasətində ailə məsələlərinə xüsusi yer verdiyini, belə məsələlərə cavab verərkən tutduğu mövqe, ümumilikdə ailə dəyərləri ilə bağlı mövqeyinin dəyişməz olduğunu xatırladıb. 


Ailənin psixoloji mühiti və uşaqların gələcəyi

Uşağın şəxsiyyət kimi formalaşmasında ailə mühitinin pozitiv və ya neqativ olması olduqca vacib amildir. Valideynlər arasında sevgi və əməkdaşlıq mühiti varsa, bu, uşağın özünü təhlükəsiz hiss etməsinə və pozitiv şəxsiyyət kimi inkişaf etməsinə zəmin yaradır. Amma təəssüf ki, bir çox hallarda ailə mühiti ziddiyyətli və gərgin olur. Belə bir şəraitdə böyüyən uşaqlar özlərini daim psixoloji təzyiq altında hiss edir, bu da onların emosional stabilliyini pozur.

Ekspertlər bildirirlər ki, valideynlərin tez-tez mübahisə etdiyi ailələrdə böyüyən uşaqlarda qorxu, təşviş, aqressiya və hətta depressiya halları müşahidə olunur. Uşaqlar bu cür ailə mühitində ətraf mühitə qarşı inamsız, sosial adaptasiyası zəif, özünəqapanmış və ya əksinə, aqressiv fərdlərə çevrilə bilərlər. Bu hal xüsusilə yeniyetmə dövründə daha kəskin formada üzə çıxır. Çünki bu yaş dövrü insanın həm psixoloji, həm də emosional inkişafında həlledici mərhələdir. Bu mərhələdə ailə münasibətləri pozulmuş və ya laqeyd mühitdə böyüyən uşaqlar gələcəkdə sosial həyatda bir sıra çətinliklərlə üzləşə bilər.

Bununla yanaşı, ailə daxilində valideynlərin bir-birinə qarşı münasibətinin uşağın duyğu dünyasına təsiri də böyükdür. Valideynlər arasında sevgi, hörmət və anlayış mühiti varsa, bu, uşağın özünə inamını artırır, onun sosial bacarıqlarının inkişafına kömək edir. Lakin əgər ailədə davamlı münaqişələr, soyuqluq və ya laqeydlik varsa, bu, uşaqların psixoloji inkişafını ləngidir və onların gələcəkdə ətraf mühitə mənfi münasibət bəsləməsinə səbəb olur.

Valideyn müdaxiləsi 

Azərbaycanda hələ də geniş yayılmış ənənələrdən biri valideynlərin övladlarının ailə qurmasına həddən çox müdaxiləsidir. Bu müdaxilə bəzən elə səviyyəyə çatır ki, ailə quran tərəflərin arzusu nəzərə alınmır, onların həyat yoldaşı seçimi valideynlərin qərarına əsaslanır. Belə ailələrdə tərəflər arasında emosional bağlılıq olmur, bu da birgə həyatın süni şəkildə davam etməsinə gətirib çıxarır. Nəticədə münaqişəli, sevgisiz ailələr yaranır və bu ailələrin çoxu ya tezliklə dağılır, ya da uzun illər boyu davam edən psixoloji gərginlik mühiti ilə yaşayır.

Bu cür ailələrdə doğulan uşaqlar isə psixoloji baxımdan qeyri-sabit mühitdə böyüyür. Onlar tez-tez valideynlərinin konfliktlərinin ortasında qalır, tərəf seçmək məcburiyyətində olur və nəticədə emosional travmalara məruz qalırlar. Belə uşaqlar gələcəkdə ailə institutuna qarşı inamsızlıq hissi ilə böyüyə bilər və öz ailə həyatında da eyni davranış modellərini təkrarlaya bilərlər. Bu isə ailə dəyərlərinin və cəmiyyətin mənəvi dayaqlarının tədricən zəifləməsinə səbəb olur.

Ailə içində zorakılıq halları da təəssüf ki, az deyil. Fiziki və psixoloji zorakılıq uşaqların həyatında dərin izlər buraxır və onların gələcək həyatını mənfi istiqamətdə formalaşdırır. Valideynlər və ailə üzvləri arasında zorakılıq, uşaqların özlərini təhlükəsiz və sevgi dolu mühitdə hiss etmələrini əngəlləyir. Bu vəziyyət uşaqların emosional və sosial inkişafını əngəlləyərək onların gələcəkdə problemlər yaşamasına səbəb olur.

Psixoloji travmaların nəticələri

Ailədaxili münaqişələrin uşaqlar üzərində yaratdığı təsir yalnız emosional travmalarla məhdudlaşmır. Bu travmalar bəzən uşağın fiziki və psixoloji inkişafına ciddi zərbə vurur. İntihar, evdən qaçma, narkotik və digər zərərli vərdişlərə meyil bu travmaların nəticəsi kimi meydana çıxır. Son illərdə bu tip halların artması, xüsusilə yeniyetmələr arasında özünü göstərməsi ciddi narahatlıq doğurur.

Psixoloqlar bildirir ki, ailə mühitində sevgi və dəstəkdən məhrum olan uşaqlar özlərinə diqqət və qayğı tapmaq üçün alternativ yollar axtarırlar. Bəzən bu yollar zərərli vərdişlərə, bəzən isə təhlükəli sosial qruplara qoşulmaqla nəticələnir. Bu cür vəziyyətlərdə uşaqlar özlərini cəmiyyətin kənarında, tək, dəyərsiz və faydasız hiss edə bilirlər. Halbuki ailə öz funksiyasını düzgün yerinə yetirsə, bu cür halların qarşısını almaq mümkündür.
Bu tip psixoloji travmalar uşağın gələcəkdə özünüifadə qabiliyyətinə, sosial münasibətlərinə və hətta karyerasına mənfi təsir göstərə bilər. Uşağın özünəinamı sarsılanda, o, gələcəkdə sosial və peşə sahəsində uğur qazanmaqda çətinlik çəkə bilər. Bu səbəbdən ailədə sağlam və dəstəkləyici mühitin yaradılması təkcə uşağın deyil, bütövlükdə cəmiyyətin sağlamlığı üçün vacibdir.

Maddi imkan və emosional münasibətlərin balansı

Bəzi valideynlər hesab edirlər ki, uşağa yaxşı maddi şərait yaratmaq onun sağlam böyüməsi üçün kifayətdir. Ancaq psixoloqlar bildirirlər ki, uşaqların mənəvi inkişafı üçün maddi şəraitlə yanaşı, emosional münasibətlərin, valideyn sevgisinin və dəstəyinin olması da vacibdir. Əks halda, belə ailələrdə böyüyən uşaqlar özlərini tək, laqeyd və sevilməyən hiss edə bilərlər. Bu isə onların özünə inamını zəiflədir, sosial fobiyalar və depressiya hallarına səbəb olur.

Ailənin maddi təminatından asılı olmayaraq, valideyn-övlad münasibətlərinin keyfiyyəti uşağın psixoloji inkişafında əsas rol oynayır. İstər kasıb, istərsə də varlı ailədə olsun, əgər valideyn uşağa diqqət göstərmirsə, onu dinləmir və onunla vaxt keçirmirsə, uşaqda sevgi boşluğu yaranır. Bu boşluq isə çox vaxt özünü müxtəlif psixoloji və davranış pozuntuları ilə göstərir. Tədqiqatlar göstərir ki, ailədə sevgi ilə böyüyən uşaqlar daha sağlam, mehriban və sosial yönümlü fərdlər olur.

Psixoloqlar vurğulayırlar ki, uşaqların emosional ehtiyaclarının qarşılanması onların həyatdakı ümumi uğurlarına təsir edir. Valideynlərin göstərdiyi sevgi və qayğı uşaqlarda stabil şəxsiyyət quruluşunun əsasını qoyur. Bu səbəbdən ailə daxilində keyfiyyətli ünsiyyət və qarşılıqlı anlaşmanın olması vacibdir.

Psixoloji təhdidlər 

Valideynlər tərəfindən uşaqlara qarşı psixoloji təzyiq göstərilməsi – məsələn, tez-tez danlama, alçaltma, qorxutma və s. – uşağın psixikasına dərin təsir edir. Bu təzyiqlər uşağın özünü dəyərsiz hiss etməsinə, cəmiyyətə qarşı inamsız olmasına, gələcəkdə isə özgüvən əskikliyi və aqressiv davranışlara yol aça bilər. Bu cür tərbiyə üsulları nəticəsində uşaqlarda kin, nifrət və intiqam hissləri yarana bilər ki, bu da onların gələcək münasibətlərində ciddi pozuntulara səbəb ola bilər.

Ekspertlər bu problemlərin qarşısının alınması üçün maarifləndirmə tədbirlərinin artırılmasını vacib sayırlar. Onların fikrincə, televiziya, sosial media və təhsil vasitəsilə valideynlərə uşaqların psixologiyasına düzgün yanaşmanın yolları izah edilməlidir. Eyni zamanda, ailə psixoloqlarının məktəblərdə və icmalarda daha aktiv iştirakı təmin olunmalıdır. Dövlət tərəfindən bu sahədə atılan addımların geniş ictimai dəstəklə müşayiət olunması daha səmərəli nəticələr verə bilər.

Psixoloji yardıma ehtiyacı olan ailələr üçün xüsusi proqramların yaradılması, ailə üzvlərinin münaqişələrinin həlli üçün məsləhət və dəstək xidmətlərinin artırılması da önəmlidir. Bu tədbirlər ailədaxili mühitin sağlamlaşdırılması və uşaqların psixoloji travmalardan qorunması üçün vacib addımlardır.

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda ailə dəyərlərinə qarşı hibrid təhdidlər” layihəsi çərçivəsində hazırlanıb. Əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 İyun 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see259

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see168

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see164

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see164

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see161

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see144

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see143

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see136

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see135

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see135

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see134

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see134

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see133

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see132

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see129

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see126

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see125

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see119

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see116

Ronaldo dubla imza ataraq Əl Nəsr ə Ər Riyad ı darmadağın etməkdə kömək edib

21 Sentyabr 2025 02:08see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri