Icma.az
close
up
RU
Ailə dəyərlərinin qorunmasında vətəndaş cəmiyyətinin rolu

Ailə dəyərlərinin qorunmasında vətəndaş cəmiyyətinin rolu

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan dünya ölkələri arasında ailə dəyərlərinin qorunması, eləcə də ailə institutunun formalaşması baxımından fərqlənir. Ölkəmizdə tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Azərbaycan xalqının tarixi köklərinə, mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Bu qiymətli sərvət yad təsirlərdən qorunmaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edilməklə zənginləşdirilir. Buna görə də hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur.

Ailə institutunun qorunmasında milli və dini dəyərlərin rolu

Azərbaycanda ailə dəyərləri, ailə institutunun formalaşması və qorunub saxlanılmasında milli və dini dəyərlərin əhəmiyyəti böyükdür. Qeyd edək ki, müasir dövrdə Azərbaycan cəmiyyətini narahat edən əsas məsələlərdən biri də sosial-mənəvi mühitin saflığının qorunmasıdır. Bu baxımdan, ailə istər şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyər, mədəni irs, əxlaqi norma və qaydaların ötürücüsü rolunu oynayır. Ailə institutunun möhkəmləndirilməsi məqsədilə milli-mənəvi dəyərlərin cəmiyyətdə düzgün təbliği, qadın və uşaq hüquqları sahəsində maarifləndirmənin təşkilində aparılan dövlət siyasəti ilə yanaşı, vətəndaş cəmiyyətini təşkil edən təşkilatların da mühüm rolu vardır.

Ailənin əxlaqi dəyərlərin daşıyıcısı kimi funksiyası

Milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasında, cəmiyyətin saflığının və əxlaqi dəyərlərinin gələcək nəsillərə ötürülməsində ailə çox böyük rol oynayır. Ailədəki mehribanlıq, sevgi, qarşılıqlı hörmət, həmrəylik cəmiyyətin vəhdətinə, birliyinə səbəbdir. Azərbaycan xalqının ailə dəyərlərinin tərkibində həm İslamdan, həm milli adət-ənənələrimizdən, həm də müasir günümüzün tələblərindən qaynaqlanan yüksək keyfiyyətlər var. Bu baxımdan Azərbaycan ailəsi özündə Şərqlə Qərbin yüksək dəyərlərini və sintezini cəmləşdirir.

Müasir dövrün yenilikləri bir çox hallarda gənclərimizin düşüncəsində yanlış fikirlər formalaşdırır. Xüsusilə də, insan haqları, qadın azadlığı, gender bərabərliyi kimi məsələlərdə yetişməkdə olan gənc nəsil arasında fərqli, cəmiyyətimiz üçün arzuolunmaz tendensiyalar yaradır.

Azərbaycan ailəsinin psixoloji və mədəni özəllikləri

Milli dəyərlərimizin təməlini ailə dəyərləri təşkil edir. Məlum məsələdir ki, hər bir azərbaycanlının xüsusi önəm verdiyi həyat həqiqətlərindən biri də ailədir. Azərbaycanlı psixologiyasında ailə faktoru digər xalqlarla müqayisədə daha dərin və uzunömürlüdür. Yəni, ailə üzvləri böyüdükcə, digər millətlərdən fərqli olaraq, fərdlər ailədən uzaqlaşmır, əksinə, daim əlaqələrini genişləndirir. Həmçinin, ailədə hər bir fərdin öz yeri və üzərinə düşən öhdəlikləri vardır. Azərbaycanlı psixologiyasında ailə müqəddəsdir; o, gücü, birliyi, iradəni təmsil edir ki, milli dəyərlərimizin təhlili zamanı məhz bu keyfiyyətlərlə rastlaşırıq. Başqa sözlə, Azərbaycan ailəsinin dəyər verdiyi keyfiyyətlər zaman keçdikcə əhatələnmiş, qanuniləşmiş və bugünkü milli dəyərlərimizi meydana gətirmişdir. Milli dəyərlərimizi ailə fərdlərinin ayrı-ayrılıqda Azərbaycan ailəsindəki yerini və vəzifələrini qısa şərh etməklə belə səciyyələndirə bilərik. Hər bir xalqın milli dəyərləri onun milli mənəviyyat göstəricisidir.

Son illər sosial şəbəkələrin artması və gənclərdə bu sahəyə meylin artması ailə institutunun qorunub saxlanılması sahəsində müəyyən problemlərə yol açır. Başqa sözlə desək, bu gün Azərbaycan ailələrinin dağılmasında əsas faktorlardan biri də sosial şəbəkələrdə olan durum və bu sahədə nəzarətin hüquqi tənzimlənməsi ilə bağlı müəyyən boşluqların olmasıdır. Ailə institutuna təsir edən digər amil isə erkən nikahlar və məişət zorakılığı sahəsində olan vəziyyətdir.

Məişət zorakılığı: rəqəmlərlə faktlar

“Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatı”nda keçən il məişət zorakılığı ilə əlaqədar cinayət hadisələri və ölümlərin sayı məlum olub.

Baş Prokurorluğun məlumatına əsasən, 2024-cü il ərzində qeydə alınmış cinayət hadisələri üzrə 22325 zərərçəkmiş şəxsin 7130-u qadın olub. Zərərçəkmiş qadınlardan 3059-u xəsarət alıb, 268-i isə ölüb. Müqayisə üçün, 2023-cü ildə 24287 zərərçəkmiş şəxsin 7134-ü qadın olub.

Zərərçəkmiş qadınlardan 2996-sı xəsarət almış, 296-sı ölüb. 2024-cü il ərzində məişət zorakılığı ilə bağlı baş vermiş cinayət hadisələri üzrə 1471 (2023-cü ildə -1513) zərərçəkmiş şəxsdən 1228-i (2023-cü ildə - 1224) qadın olub, onlardan 1196-ı (2023-cü ildə - 1173) xəsarət alıb. 2024-cü ildə 22485 cinayət törətmiş şəxs müəyyən edilib, onlardan 1235-i qadın olub.

2023-cü ildə 25006 cinayət törətmiş şəxsdən 1299-u qadın olub.

2024-cü il ərzində rayon (şəhər) prokurorluqlarında 639 özünü öldürmə hadisəsi qeydə alınıb ki, onlardan 498-i kişi, 141-i qadın olub.

Keçən il Daxili İşlər Nazirliyində məişət zorakılığı ilə bağlı 9014 müraciət qeydə alınıb. 2023-cü ildə bu rəqəm 9389, 2022-ci ildə isə 9864 olub. Bu da məişət zorakılığı ilə bağlı müraciətlərin azaldığını göstərir. Məişət zorakılığı ilə bağlı qeydə alınmış 1451 cinayətdən 1254-ü qəsdən sağlamlığa yüngül zərər vurma, 83-ü qəsdən sağlam lı-ğa az ağır zərər vurma, 42-i qəsdən adam öldürmə, 25-i qəsdən sağlamlığa ağır zərər vurma, 15-i adam öldürməyə cəhd, 14-ü əzab vermə, 18-i digər növlərdir. Həmin cinayətləri törətmiş 1283 şəxs (qadın - 62; kişi - 1221) şəxs məsuliyyətə cəlb olunub. Bu əməllər nəticəsində 1471 zərərçəkmiş şəxs (qadın - 1228; kişi - 243) müəyyən edilib. Bununla yanaşı 2 cinayət təkrar törədilib.

2024-cü ildə ailə münaqişəsi və qısqanclıq zəminində ölümlə nəticələnən 42 cinayət qeydə alınıb.

2024-cü ildə qadınlarla bağlı 6778 , o cümlədən zorakılıqla müşayiət olunan 2427 cinayət qeydə alınıb. Qısqanclıq, ailə münaqişəsi və məişət zəminli cinayətlərin sayı 1217, o cümlədən qadının cinsi toxunulmazlığı əleyhinə törədilmiş cinayətlərin sayı 171 fakt olub.

Qeyd edilib ki, 2023-cü ildə isə qadınlarla bağlı 6825, o cümlədən zorakılıqla müşayiət olunan 2344 cinayət qeydə alınıb. Qısqanclıq, ailə münaqişəsi və sairə məişət zəminli cinayətlərin sayı 1210, o cümlədən qadının cinsi toxunulmazlığı əleyhinə törədilmiş cinayətlərin sayı 147 fakt olub. Qadınlara qarşı törədilmiş cinayətlərlə bağlı 4468 şəxs müəyyən edilərək 61,4%-i (2745-i) məsuliyyətə cəlb olunub.

2024-cü ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 162 insan alveri cinayəti qeydə alınıb. Cinayətlərdən zərər çəkmiş 91 qurbandan 90-ı qadın olub. 52 özünü öldürmə həddinə çatdırma cinayəti qeydə alınıb, intihar etmiş şəxslərdən 35-i qadın 17-i kişi olub.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8678 cinayət faktı aşkarlanıb. Həmin cinayətləri törətmiş 7193 şəxsin 96,9%-ni (6.970-i) kişilər, 3,1%-ni (223-ü) qadınlar təşkil edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, 2024-cü ildə məişət zorakılığı ilə bağlı 594 müraciət daxil olub. Müraciət əsasında zorakılığa məruz qalanların 52-si kişi, 534-ü qadın, 436-sı uşaq, 8-i əlil, 5-i ahıl, 4-i şəhid ailəsi, müraciət əsasında zorakılıq törədənlərin isə 555-i kişi, 252-si qadın olub.

Müraciətlərin zorakılığın növlərinə görə təhlili göstərir ki, müraciət edənlərin 136-sı psixoloji, 403-ü fiziki, 45-i iqtisadi və 10-u cinsi zorakılığa məruz qalıb.

Müqayisə üçün bildirək ki, 2023-cü ildə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 560 müraciət daxil olub, zorakılıq törədənlərin isə 497-si kişi, 133-u qadın olub. Bu da onun göstərir ki, 2024-cü ildə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı müraciətlərin sayı artıb.

Keçən il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Dəstək Xəttinə 1623 müraciət daxil olub.

Bu müraciətlərin bölgüsü aşağıdakı kimidir:

- Məişət zorakılığı – 304 (19%)

- Boşanma prosesindəki problemlər – 472 (29%)

- Sosial-maddi rifahın aşağı olması – 267 (16%)

- Səhiyyə hüququnun təmin edilməsi – 42 (3%)

- Hüquqi yardıma ehtiyac – 495 (30%)

- Sığınacaqla təmin olunma – 43 (3%)

Erkən nikahlarla mübarizə: hüquqi və sosial yanaşmalar

Baxmayaraq ki, həm qanunvericilik sistemində erkən nikahlar qadağan edilir, həm də uzun illərdir ki, “Erkən nikahlara yox deyək!” devizi altında vətəndaş cəmiyyəti təşkilatları maarifləndirici layihələr həyata keçirirlər, Azərbaycanda bu gün də erkən nikah faktları qeydə alınır və bu sahədə problemlər demək olar ki, tam aradan qalxmayıb. Burada əsas səbəblərdən biri bu məsələyə ailələrin yanaşmasıdır. Erkən nikahların tibbi-fizioloji baxımdan ailə üçün böyük təhlükə yaratdığı, gənc ana və uşaq ölümlərinə səbəb olduğu bildirilsə də, sosioloqlar bir çox bölgələrimizdə hələ də bu məsələyə köhnə yanaşmaların davam etdiyini qeyd edirlər.

Məişət zorakılığı sahəsində olan problemlər də Azərbaycan ailə institutu modelinə ziyan vurmaqdadır. Belə ki, son illər qadınlara qarşı zorakılıq hallarının artması bir çox hallarda kriminal hadisələrlə nəticələnir və bu da sonda ananın ölümü, atanın həbsə getməsi, uşaqların isə təlim-tərbiyəsi ilə bağlı məsələlərin ortada açıq qalmasına səbəb olur. Doğrudur, Azərbaycan dövləti hər bir vətəndaşına, hər bir körpə uşağına sahib çıxır. Bununla belə, etiraf etmək lazımdır ki, ailədə aldıqları travmalar həmin ailələrdən olan uşaqlarda həmişəlik qalır və bir sıra hallarda onların cəmiyyətə inteqrasiyasını da çətinləşdirir.

Maarifləndirmə tədbirləri və vətəndaş cəmiyyətinin rolu

Qeyd edilməlidir ki, hər il bu sahələrdə olan problemlərin həlli ilə bağlı vətəndaş cəmiyyətini təmsil edən təşkilatlara müxtəlif layihələrin həyata keçirilməsi üçün dəstək göstərilir və il ərzində onlarla maarifləndirici tədbir təşkil olunur. Bununla belə, bu gün həmin sahələrdə müəyyən problemlərin qalması vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılmasını zəruri edir. Odur ki, ekspertlər ailə dəyərlərinin təbliği istiqamətində maarifləndirmə işlərinin artırılmasını məqsədəuyğun hesab edirlər.

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda ailə dəyərlərinə qarşı hibrid təhdidlər” layihəsi çərçivəsində hazırlanıb. Əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 İyun 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İxtisas seçimi bu il gec başlayacaq? RƏSMİ

28 İyul 2025 14:45see179

Mançester Yunayted müqavilə müddətini uzatdığı qapıçısını icarəyə göndərib

28 İyul 2025 22:46see124

Almaniya hərbi büdcəsini iki dəfə artırır

29 İyul 2025 08:02see123

Nəhayət, gözləntilər sona çatır: Şrek franşizası yeni filmlə qayıdır

29 İyul 2025 06:48see120

Əfqanıstan səfirliyindən Rusiyaya cavab: “Ədəbsiz mahnını himn saymaq olmaz”

29 İyul 2025 00:35see120

Milan ın hücumçusu rəsmən Cenoa da

28 İyul 2025 23:33see119

Cennifer Lopezin konsertində xəcalət: Səhnədə ətəyi düşdü VİDEO

28 İyul 2025 22:47see119

Xıdırlıya qayıdan sakin: Elə hadisələrin şahidi olduq ki, qələmə alsalar, bir kitab çıxar

29 İyul 2025 06:56see119

Zəngəzur dəhlizinin taleyi məsələsi nə iqtisadi, nə də siyasi yanaşma ilə həll olunmayacaq

28 İyul 2025 17:54see118

“Hücumçu almaq istəyirik” “Qarabağ”ın prezidenti

28 İyul 2025 19:04see118

Qvardioladan Barselona açıqlaması

28 İyul 2025 14:47see117

Orxan Sübhan: Qarabağ Boltsuz da, Yankoviçsiz də Şelburn u məğlub etmək gücündədir

29 İyul 2025 14:36see115

Rusiya qazı üçün nəzərdə tutulmuşdu, ilk dəfə Azərbaycan istifadə etdi

28 İyul 2025 15:43see114

Kobi Brayantın ayaqqabısı 240 min dollara satıldı

29 İyul 2025 06:16see113

Tom Kruzun yeni sevgilisi tənqidə tuş gəlib

29 İyul 2025 08:29see112

İranı yenidən vuracağıq Tramp

28 İyul 2025 17:50see112

Azərbaycanın Avropa İttifaqı bazarında mövqeyi möhkəmlənir

29 İyul 2025 09:10see111

İnfarkt və insult ölüm hökmü deyil. Riskləri necə azaltmaq olar?

29 İyul 2025 19:55see111

İordaniya və Səudiyyə Ərəbistanından Fələstin dövlətini tanıma çağırışı

29 İyul 2025 07:51see110

Suma: “Karyeramda böyük addım atdım”

28 İyul 2025 14:28see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri