Icma.az
close
up
RU
“Ailə dəyərlərinin qorunmasında qadınların rolu” ustad dərsi

“Ailə dəyərlərinin qorunmasında qadınların rolu” ustad dərsi

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 10 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Gender və tətbiqi psixologiya kafedrasının təşkilatçılığı ilə 27 Mart – Elm Gününə həsr olunmuş tədbirlər çərçivəsində birinci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru, professor Dilarə Seyidzadənin “Ailə dəyərlərinin qorunmasında qadınların rolu” mövzusunda ustad dərsi keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova və Gender və tətbiqi psixologiya kafedrasının müdiri Rəna İbrahimbəyova Dilarə Seyidzadənin uzun illər Ulu Öndər Heydər Əliyevlə işlədiyini, böyük idarəçilik və zəngin həyat təcrübəsinə malik əsl Azərbaycan xanımı olduğunu qeyd ediblər. Bildiriblər ki, bu görüş həm tələbələr, həm də professor-müəllim heyəti üçün dəyərli təcrübə olacaq.

Professor Dilarə Seyidzadə çıxışında Ulu Öndər Heydər Əliyevin qadınlara yüksək diqqət və qayğısından söz açıb: “Ölkəmizdə məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə gender bərabərliyi üçün hüquqi baza və ictimai-siyasi əsaslar yaradılıb. Qadın hüquqlarının qorunması və qadınların cəmiyyət həyatının müxtəlif sahələrində yüksək fəallığının təmin olunması prioritetlərdən biri kimi müəyyənləşdirilib, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilib. Ulu Öndərin imzaladığı bir çox fərman və sərəncamlar qadın hüquqlarının müdafiəsinə yönəlmişdi”.

Professor qadınların ailənin və cəmiyyətin idarə olunmasında mühüm mövqeyə sahib olduqlarını qeyd edib: “Ev təsərrüfatının idarə olunması, uşaqların təlim-tərbiyəsi, sağlam ailə mühitinin formalaşdırılması qadının əsas vəzifələrindən sayılır. Müasir dövrdə qadınlar ailə qayğılarının öhdəsindən ləyaqətlə gəldikləri kimi, bütün fəaliyyət sahələrinin aktiv iştirakçısına çevriliblər”.

Professor Dilarə Seyidzadə ailə dəyərlərinin qorunması üçün gənc psixoloqların üzərinə böyük məsuliyyət düşdüyünü, onların insanların həyatda düzgün istiqamətlənməsi üçün bələdçi olduqlarını bildirib.

Sonda iştirakçıların mövzu ətrafında çoxsaylı sualları cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Mart 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri