Icma.az
close
up
RU
Hüquqi dövlət quruculuğundan vətəndaş cəmiyyətinin rolu

Hüquqi dövlət quruculuğundan vətəndaş cəmiyyətinin rolu

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İSTİQAMƏT: 6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Müasir dövrün demokratik cəmiyyətlərinin təməl prinsiplərindən biri hüquqi dövlət və vətəndaş cəmiyyəti anlayışlarıdır. Bu iki anlayış bir-birini tamamlayan və birgə inkişaf edən strukturlar kimi çıxış edir. Hüquqi dövlətin formalaşması üçün güclü və fəal vətəndaş cəmiyyətinə, vətəndaş cəmiyyətinin davamlı fəaliyyəti üçün isə hüquqi təminatlı və şəffaf dövlət idarəçiliyinə ehtiyac var.

Vətəndaş cəmiyyəti – dövlətin rəsmi strukturuna daxil olmayan, lakin ictimai həyatın təşkili və yönləndirilməsində mühüm rol oynayan qeyri-hökumət təşkilatları, media, birliklər, təşəbbüs qrupları və fərdlərin fəaliyyətini özündə birləşdirən sosial institutlar toplusudur.

Bu strukturun əsas vəzifəsi vətəndaşların maraqlarını müdafiə etmək, dövlət siyasətinə ictimai nəzarət mexanizmləri yaratmaq və insan hüquqlarının qorunmasına dəstək olmaqdır. Demokratik inkişaf yolunda olan ölkələr üçün vətəndaş cəmiyyəti cəmiyyətin şüurlu, məsuliyyətli və fəal iştirakını təmin edən əsas alətdir. Azərbaycanda ictimai nəzarət mexanizmi artıq bir müddətdir ki, ictimai şuralar şəklində təşkil olunur. Bu şuraların fəaliyyətində müəyyən fikir ayrılıqları mövcuddur. Bir sıra hallarda ictimai şura üzvləri vətəndaşın deyil təmsil olduqları qurumun ruporu kimi çıxış edir ki, bu da fikir ayrılıqlarının yaranmasına səbəb olur.

Ümumi halda vətəndaş cəmiyyətinin fəaliyyəti də məhz hüquqi dövlət anlayışından asılıdır. Fəlsəfi mənada hüquqi dövlət – hüququn ali olduğu, dövlət orqanlarının fəaliyyətinin hüquqla məhdudlaşdırıldığı, qanunun hər kəs üçün bərabər şəkildə tətbiq olunduğu dövlət modelidir. Belə bir dövlət modelində:

*Qanunun aliliyi təmin olunur;

*Hüquq sistemində müstəqillik və şəffaflıq mövcuddur;

*İnsan və vətəndaş hüquqları qorunur;

*Dövlət vətəndaş qarşısında məsuliyyət daşıyır.

Hüquqi dövlətin əsas funksiyalarından biri də cəmiyyətlə dövlət arasında balanslı münasibət yaratmaq və idarəetmədə şəffaflığı təmin etməkdir. Bu iki anlayış arasında qarşılıqlı asılılıq açıq şəkildə görünür. Vətəndaş cəmiyyəti olmadan hüquqi dövlət formal xarakter daşıya bilər, çünki ictimai nəzarət və təşəbbüskar fəaliyyətin olmaması dövlətin hüquqa əsaslanmasını zəiflədir. Eyni zamanda hüquqi dövlət olmadan vətəndaş cəmiyyəti öz fəaliyyətini azad və effektiv şəkildə həyata keçirə bilməz.

Güclü vətəndaş cəmiyyəti hüquqi dövlətin formalaşmasına yardım edir – korrupsiyaya qarşı mübarizədə, sosial problemlərin həllində, ictimai rəyin formalaşdırılmasında və idarəetmədə şəffaflığın təmin olunmasında mühüm rol oynayır. Hüquqi dövlət isə vətəndaş cəmiyyətinə hüquqi baza, fəaliyyət azadlığı və təhlükəsizlik təqdim edir.

Azərbaycan da hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm mərhələlərdən keçir. Son illərdə qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət orqanlarında şəffaflığın artırılması, “e-hökumət” sisteminin tətbiqi və qeyri-hökumət təşkilatlarına dəstək bu sahədə atılan mühüm addımlardır.

Lakin bu sahədə hələ də inkişaf etdirilməli olan sahələr mövcuddur – xüsusilə, ictimai iştirakçılığın genişləndirilməsi, QHT-lərin daha sərbəst fəaliyyəti üçün hüquqi mühitin liberallaşdırılması və vətəndaş təşəbbüslərinin dəstəklənməsi zəruridir.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan QHT.az saytının rəhbəri, "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İB-nin sədri Cəsarət Hüseynzadə deyib ki, hüquqi dövlət quruculuğu yalnız qanunların qəbul olunması və dövlət qurumlarının fəaliyyətinin hüquqi əsaslara söykənməsi ilə bitmir:

“Hüquqi dövlətin səmərəli şəkildə qurulması və işləməsi üçün vətəndaş cəmiyyətinin iştirakı zəruridir. Demokratik idarəetmənin əsas sütunlarından biri olan vətəndaş cəmiyyəti hüquqların qorunması, ictimai nəzarət, qanunvericiliyin təkmilləşdirilməsi və hüquqi maarifləndirmə sahələrində mühüm rol oynayır. Azərbaycanda son illərdə hüquqi dövlət quruculuğuna yönəlmiş islahatlar çərçivəsində qeyri-hökumət təşkilatları, media və digər vətəndaş təşəbbüsləri bu prosesə aktiv şəkildə cəlb olunur.

Onlar dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarət həyata keçirir, qanun pozuntularını işıqlandırır, eləcə də ictimai rəyin formalaşmasında iştirak edirlər. Xüsusilə korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin olunmasında vətəndaş cəmiyyətinin rolu daha da qabarıq olmalıdır.

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda da vətəndaş cəmiyyətinin iştirakı nəzərdə tutulur. Sənəddə ictimai nəzarətin genişləndirilməsi, ictimai şuraların fəaliyyətinin gücləndirilməsi və şəffaflığın artırılması ön plana çəkilir.

Eyni zamanda, hüquqi maarifləndirmə də vətəndaş cəmiyyətinin prioritet istiqamətlərindəndir. Hüquqi biliklərə malik vətəndaşlar hüquqlarını qorumaqda daha fəal olur və dövlətin fəaliyyətindən hesabat tələb edə bilir. QHT-lər bu sahədə treninqlər, seminarlar və sosial kampaniyalar vasitəsilə hüquq şüurunun formalaşmasına töhfə verirlər.

Vətəndaş cəmiyyəti qanunvericilik prosesində də iştirak edir. QHT-lər qanun layihələrinə rəy bildirir, təkliflər irəli sürür və bu yolla daha səmərəli hüquqi bazanın formalaşmasına şərait yaradır. Hesab edirəm bu prosesin daha da təkmilləşdirlməsinə ehtiyac var. Qanun layihələrin hazırlanamsı proesinə başlandığı dövrdən ekspertlərin və sahəvi QHT-lərin bu prosesə cəlb olunaması çox vacibdir”.

C.Hüseynzadə əlavə edib ki, başqa bir mühüm mexanizm isə ictimai şuralar ola bilər:

“Hesab edirəm ki, vətəndaşların idarəetmədə iştirakını təmin edən bu alətin təsir imkanlarının artırılması üçün hüquqi və institusional mexanizmlər gücləndirilməlidir. İctimai dialoqun təşviqi də hüquqi dövlətin möhkəmləndirilməsində vacib rol oynayır. Vətəndaş cəmiyyəti dövlətlə vətəndaş arasında körpü funksiyası daşıyır, sosial məsələlərin müzakirəsini təşviq edir. Xüsusilə ictimai dinləmələr və açıq müzakirələr bu prosesə töhfə verir.

Nəhayət, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi də vətəndaş cəmiyyətinin digər mühüm fəaliyyət sahəsidir. Azərbaycan QHT-ləri beynəlxalq əməkdaşlıq nəticəsində hüquqi dövlət quruculuğunda müasir yanaşmaları ölkəyə gətirə bilər. Və yaxud əksinə Azərbaycanın bu sahədə uğurlu modellər – “ASAN xidmət”, “DOST” və digərlərinin beynəlxalq səviyyədə yayılmasına təkan verə bilər.

Beləliklə, hüquqi dövlətin qurulması yalnız dövlətin işi deyil, bu, eyni zamanda vətəndaş cəmiyyətinin aktiv iştirakı ilə mümkün olan çoxşaxəli və davamlı bir prosesdir. Bu baxımdan, biz güclü hüquqi dövlət istəyiriksə, bunun üçün güclü vətəndaş cəmiyyəti vacibdir. Başqa sözlə desək, vətəndaş cəmiyyətinin güclənməsi hüquqi dövlətin inkişafının əsas şərtidir”.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 İyul 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see294

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see292

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see252

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see239

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see150

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see145

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see142

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see125

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see124

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see122

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri