Ailə faciəsi: İki qardaşı faciəli şəkildə ölən bacının da meyiti tapıldı
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Siyəzəndə 15 yaşlı məktəbli dəm qazından zəhərlənərək ölüb.
Oxu.Az "Unikal"a istinadən məlumat verir ki, hadisə Siyəzən şəhərində, M.Ə.Sabir küçəsində qeydə alınıb.
Belə ki, dəm qazından zəhərlənən 2009-cu il təvəllüdlü Gülər Seyfulla qızı Vəkilli Siyəzən Müalicə Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
G.Vəkillinin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu, həmin ailədə yaşanan ilk faciə deyil. Gülərin iki qardaşı 2014-cü ilin yayında Samur-Abşeron kanalında çimərkən boğulmuşdular. 12 yaşlı Rəvan və 13 yaşlı Elnur Zəkiyevin cəsədlərini axtarışlardan sonra tapmaq mümkün olmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 15 Dekabr 2024 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















