Icma.az
close
up
RU
“Ailə hüququnda övladlığa götürmə və himayədar ailə institutu” elmi seminar AZƏRTAC

“Ailə hüququnda övladlığa götürmə və himayədar ailə institutu” elmi seminar AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 2 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Hüquq kafedrasının təşkilatçılığı ilə “Ailə hüququnda övladlığa götürmə və himayədar ailə institutu” mövzusunda elmi seminar keçirilib. Seminar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığa götürmə və alternativ qayğı şöbəsinin müdiri Fərhad Ələkbərov tərəfindən təşkil olunub.

Bu barədə AZƏRTAC-a DİA-dan məlumat verilib.

F.Ələkbərov övladlığa götürmə və himayədar ailə ilə bağlı qanunvericilikdə edilmiş dəyişikliklər barədə məlumat verib, ölkə Prezidentinin 2022-ci il 15 fevral tarixli Fərmanı ilə himayədar ailə ilə əlaqədar dövlət siyasətinin formalaşdırılmasının nazirliyə həvalə edildiyini diqqətə çatdırıb. O, 2023-cü il iyulun 12-dən himayədar ailənin yaranması ilə bağlı Ailə Məcəlləsinin müvafiq maddələrinə edilmiş dəyişiklikləri, himayədar ailənin yaranma mərhələlərini və onların təcrübədə tətbiqi məsələlərini izah edib. F.Ələkbərov himayədar ailə modeli ilə bağlı dünya dövlətlərinin təcrübəsini müqayisə edərək Azərbaycanın bu sahədə daha təkmil hüquqi bazaya malik olduğunu qeyd edib, övladlığa götürmə və himayədar ailə institutlarının formalaşdırılmasında əsas məqsədin valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsinə və inkişaf etməsinə şəraitin yaradılmasından ibarət olduğunu bildirib. Övladlığa götürmə və himayədar ailə institutlarının praktiki tətbiqi məsələlərinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın nəzarətində olması xüsusilə vurğulanıb.

Elmi seminar interaktiv formada davam edib.

F.Ələkbərov tələbələrin suallarını cavablandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Dekabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri