“Himayədar ailə”lər çoxalır
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Uşağın sağlam və təhlükəsiz mühitdə böyüməsi, qayğı və diqqətlə əhatə olunması onun gələcək həyatının formalaşmasında mühüm rol oynayır. Bu baxımdan valideyn himayəsindən məhrum olmuş uşaqların yalnız sosial xidmət müəssisələrində deyil, ailə mühitində böyüməsinə imkan yaradan alternativ qayğı modellərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Son illərdə inkişaf etdirilən “Himayədar ailə” modeli də məhz bu məqsədə xidmət edir.
2022-ci il noyabrın 1-dən etibarən “Himayədar ailə” qayğı modeli ilə bağlı səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Artıq 87 uşaq himayədar ailələrə verilib. Modelin cəmiyyətdə tanıdılması da diqqət mərkəzindədir. Sosial Xidmətlər Agentliyinin bu günlərdə Qax, Bərdə, Biləsuvar, Şirvan, Salyan, Saatlı, Göyçay və Neftçalada keçirdiyi “Himayədar ailə” mövzusunda görüşlərdə 300-dən çox vətəndaş iştirak edib, modelin üstünlükləri, müraciət qaydaları, namizədlərə dair tələblər və seçim mərhələləri izah olunub.
Prosedurların sadələşdirilməsi, rəqəmsal xidmətlərin genişləndirilməsi və regionlarda maarifləndirmə tədbirlərinin keçirilməsi himayədar ailə institutunun daha geniş sosial bazaya malik olmasına şərait yarada bilər. Əsas hədəf isə valideyn himayəsindən məhrum uşaqların mümkün qədər ailə mühitində böyüməsi, onların fiziki və mənəvi inkişafı, cəmiyyətə sağlam inteqrasiyasıdır.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 12 Sentyabr 2026 02:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















