Icma.az
close
up
RU
Azərbaycanda himayədar ailə institutu genişləndirilməlidir Deputat

Azərbaycanda himayədar ailə institutu genişləndirilməlidir Deputat

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

“Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün mühüm addımlar atılıb”.

Metbuat.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat, filologiya elmləri doktoru Elnarə Akimova deyib.

Deputat çıxışında cəmiyyətin ən həssas qruplarından olan valideyn himayəsindən məhrum uşaqların müdafiəsinin dövlətin əsas vəzifələrindən biri olduğunu vurğulayıb:

"Bu uşaqlar bizim gələcəyimizdir, sabahımızdır. Onların üzündə təbəssüm, həyatında sevinc görmək dövlət olaraq borcumuzdur", – deyə Akimova bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu sahədə mühüm addımlar atıb. Qəbul olunmuş “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanun, “Uşaq hüquqları haqqında” Qanun və Ailə Məcəlləsi bu övladların hüquqlarını qorumaq üçün möhkəm baza yaradıb.

Deputat qeyd edib ki, valideyn himayəsindən məhrum uşaqlar dövlətin tam himayəsindədir: onların təhsili ödənişsizdir, dərs ləvazimatları təmin olunur, tibbi sığorta isə yüksək səviyyədə həyata keçirilir:

“Son illərdə qəbul edilən qərarlar isə onların sosial rifahında xüsusi rol oynayır. Təhsilini uğurla başa vuran hər bir gəncə 2600 manat birdəfəlik müavinət verilir. İlk dəfə işə girən zaman isə 6000 manat dəstək ayrılır”.

E. Akimova çıxışında həmçinin vurğulayıb ki, maliyyə yardımı ilə yanaşı, əsas məsələ bu uşaqların gələcəyə özünə güvənən fərdlər kimi hazırlanmasıdır.

Deputat müzakirəyə çıxarılan yeni qanun layihəsinin əhəmiyyətini xüsusi qeyd edib:

“Bu qanun valideyn himayəsindən məhrum uşaqlara şamil ediləcək bütün imtiyazları nəzərdə tutur və himayədar ailə institutunun genişlənməsinə imkan yaradacaq. Bu da uşaqların ailə mühitində böyüməsinə şərait yaradacaq”.

Sonda millət vəkili həmkarlarına müraciət edib: “Biz həmişə deyirik ki, uşaqlar dövlətin gələcəyidir. Elə işlər görək ki, sabah bu uşaqlar cəmiyyətə yalnız minnətdarlıqla boylansınlar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 26 Sentyabr 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see972

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see441

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see343

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see262

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see249

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see248

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see240

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see229

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see219

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see190

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri