Icma.az
close
up
RU
Ailə institutunun zəifləməsi əhali artım tempinin azaldır

Ailə institutunun zəifləməsi əhali artım tempinin azaldır

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Müasir Azərbaycan cəmiyyətində boşanma ən aktual sosial problemlərdən biri hesab olunur. Aparılan müşahidələr və mövcud statistik göstəricilər boşanmaların son illərdə artan tendensiya üzrə inkişaf etdiyini göstərir".

Bu fikirləri SİA-ya açıqlamasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcə elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, sosioloq Ağasəlim Həsənov bildirib.

Onun sözlərinə görə, boşanmaların baş verməsinə təsir edən bir sıra amillər mövcuddur:

Bunlardan biri zərərli vərdişlərdir. Xüsusilə narkomaniya və alkoqolizm ailədaxili münasibətlərə ciddi mənfi təsir göstərərək boşanmalara səbəb olan əsas amillər sırasında yer alır. Digər mühüm səbəblərdən biri ailədaxili zorakılıqdır. Ailədə sağlam sosial-psixoloji mühitin olmaması, tərəflər arasında yaranan münaqişələr və zorakılıq halları bir çox ailələr üçün boşanmanı çıxış yolu kimi göstərir.

Bundan əlavə, davamlı və kəskin ailədaxili münaqişələr də boşanmaların artmasına təsir edən əsas səbəblərdəndir. Yeni ailə quran cütlüklərin şəxsi həyatına yaxın qohumların həddindən artıq müdaxiləsi, ailədaxili qərarların qəbul edilməsinə təsir göstərməsi də ailə münasibətlərinin pozulmasına gətirib çıxaran amillərdən biridir.

Boşanma səbəbləri sırasında xəyanət, sevgi və qarşılıqlı bağlılığın zəifləməsi də tez-tez qeyd olunur. Eyni zamanda, informasiya texnologiyalarının sürətli inkişafı və insanların virtual mühitə həddindən artıq bağlanması ailədaxili ünsiyyətin zəifləməsinə, aqressiv davranışların artmasına və nəticədə konfliktlərin yaranmasına səbəb ola bilir.

Sosioloq kimi qeyd etmək istərdim ki, müasir insanın həyat tərzi əvvəlki dövrlərlə müqayisədə ciddi şəkildə dəyişib. Bu gün bir çox insanlar fərdi azadlığa və şəxsi rahatlığa ailə məsuliyyətindən daha çox üstünlük verirlər. Təəssüf ki, müasir gənclər arasında "evlənməmək də olar" və ya "ailə həyatı qurmadan da yaşamaq mümkündür" kimi düşüncələrin yayılması müşahidə olunur. Bu isə gələcək üçün narahatedici tendensiyalardan biridir.

Ailə institutunun zəifləməsi, boşanmaların artması və ailə qurmağa marağın azalması uzunmüddətli perspektivdə ölkənin demoqrafik inkişafına mənfi təsir göstərə bilər. Çünki ailənin ən mühüm funksiyalarından biri reproduktiv funksiyadır. Ailə institutunun zəifləməsi əhali artım tempinin azalmasına, gələcəkdə isə demoqrafik durğunluq və hətta böhran riskinin yaranmasına səbəb ola bilər. Buna görə də ailə institutunun möhkəmləndirilməsi, sağlam ailə münasibətlərinin təşviqi və boşanmalara səbəb olan amillərin aradan qaldırılması cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır".

Lətifə Abdıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 İyun 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri