“Tarixən qadınların ailə iqtisadiyyatında, uşaqların tərbiyəsində...”
Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Müşahidə etdiyim bir məqam var. Əslində çox vaxt qarışmaq da istəmirəm çünki onsuz da hər öz bildiyini danışır. Əksər vaxt bir çox ekspertlər ənənəvi ailə modelini tarixi-sosioloji reallıq qismində yox, özünün ailə qaydalarını cəmiyyətə norma kimi təqdim edir. Ənənəvi ailə modeli dedikdə, cəmiyyətdə tarixən formalaşmış, nəsildən-nəslə ötürülmüş ailə münasibətləri, qohumluq sistemi, nikah qaydaları, ailədaxili rollar, məsuliyyət bölgüsü və mənəvi dəyərlər məcmusu nəzərdə tutulur”.
Adalet.az xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, lakin burada mühüm bir fərq var:
“Ənənəvi ailə modeli ilə insanın öz ailəsində gördüyü və doğru hesab etdiyi davranış qaydaları eyni anlayış deyil. Məsələ ondadır ki, əksəriyyət böyüdüyü ailədə gördüyü münasibətləri normal və təbii hesab edir. Sonra həmin münasibətləri mövcud imkanlara çıxışı , TV, Sosial platformalar vasitəsilə bütün cəmiyyətə aid etməyə başlayır. Halbuki bir ailənin həyat tərzi bütöv xalqın tarixi ailə modeli ola bilməz. Bəzən insanlar öz ailələrində mövcud olan qaydaları milli dəyər, ata-baba adəti və ya ənənəvi ailə adı ilə təqdim edərək onlara qanuniləşdirməyə çalışırlar. Bəzi yanaşmalarda ənənəvi ailə yalnız kişinin qərar verdiyi, qadının isə tabe olduğu ailə kimi təsvir edilir. Halbuki ənənəvi ailə münasibətləri bundan daha mürəkkəbdir”.
Ekspert bildirib ki, tarixən qadınların ailə iqtisadiyyatında, uşaqların tərbiyəsində, qohumluq münasibətlərinin qorunmasında və bir sıra qərarların qəbulunda mühüm rolu olub:
“Nəhayət, dövrün tələblərinin ailə münasibətlərinə təsirsiz ötüşmədiyini nəzərə alsaq, ənənəvi ailə dəyərinin hansılarının qorunub, hansılarını itirildiyimizi biz hələ də tədqiq edib tam öyrənməmişik. Eləcə də , sərhdyanı bölgələrdəki ailə qaydaları, ya paxtatda ailə qaydaları bütnülükdə ənənvi ailə modeli olması mübahisəsi də ortada var. Mən anlayıram ki, çıxış edənlər bəzi davranış pozuntularına münasibətdə narahatdılar. Lakin istənilən halda şəxslərin öz ailə qaydalarını ənənə kimi təqdim etməsi olduqca yanlışdır və yol verilməzdir”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 18 Noyabr 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















