Icma.az
close
up
RU
Ailənin tək oğulları əsgər aparılmır?

Ailənin tək oğulları əsgər aparılmır?

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra, hərbi xidmətlə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər baş verib. Bu dəyişikliklərdən biri də ailənin tək oğlunun hərbi xidmətə çağırılması məsələsidir. Hətta bəzən müharibə dövründə, xüsusilə 44 günlük Vətən müharibəsində, ailələrin tək oğulları hərbi xidmətə göndərildi və bu, cəmiyyətin diqqətini çəkməyə başladı. Ailənin tək oğlu olan vətəndaşların hərbi xidmətə çağırılması bəzi hallarda sosial və hüquqi narazılığa səbəb olur.

Bəs evin tək oğlu hansı hallarda əsgərliyə aparılmır?

Mövzu ilə bağlı Metbuat.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, ailənin tək oğlunun hərbi xidmətə çağırılması, hər hansı bir qadağa olmadan Azərbaycan qanunvericiliyində hələ də mövcuddur:

"Ailənin tək oğlunun hərbi xidmətə çağırılması, ailənin gələcəyi və genofondunun qorunması baxımından ciddi nəticələrə gətirib çıxara bilər. Azərbaycanın müstəqilliyi əldə edildikdən sonra, ailənin tək oğlunun hərbi xidmətə çağırılması ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər baş verdi. Əvvəllər ailənin tək oğulları müharibəyə göndərilmirdi və əgər göndərilirdisə, onların hərbi xidmətləri yalnız arxa cəbhə vəzifələri ilə məhdudlaşırdı. Hərbi xidmət zamanı bəzi komandirlər ailənin tək oğlunu münaqişə riskindən uzaq tutmağa çalışırlar. Onlara daha az təhlükəli tapşırıqlar verilir və riskli ərazilərə göndərmirlər".

Ekspert qeyd edib ki, bəzi hallarda ailə vəziyyəti nəzərə alınır:

"Bir çox ailələrdə yalnız bir oğlan olur, və bu oğlanın həyatı riskə atılarsa, həmin ailədə nəsil artımı olmaz. Bununla belə, bəzi hallarda ailə vəziyyəti nəzərə alınaraq, çağırışa möhlət verilə bilər. Məsələn, əgər çağırışçının himayəsində başqa övladı olmayan I qrup əlil ata və ya ana varsa, bu halda çağırışa möhlət hüququ nəzərdə tutulur".

Ülkər Abdurahmanlı / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:387
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 May 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri