Icma.az
close
up
RU
Ailəsi İmamoğlunun saxlanılmasından DANIŞDI: “Hər şeyi gözləyirik” VİDEO

Ailəsi İmamoğlunun saxlanılmasından DANIŞDI: “Hər şeyi gözləyirik” VİDEO

Icma.az, Bizim media saytına istinadən bildirir.

Bu gün saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) bələdiyyə sədri Əkrəm İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu və oğlu Selim İmamoğlu açıqlama veriblər.
Bizim.Media xəbər verir ki, onlar Əkrəm İmamoğlunun saxlanılmasını şərh ediblər.
 

MÖVZU İLƏ BAĞLI:
İmamoğlu nədə ittiham olunur? - TƏFƏRRÜAT


Dilek İmamoğlu həyat yoldaşının saxlanılma prosesi zamanı baş verənlərdən danışıb:
“Polis əməkdaşları səhər sahurdan dərhal sonra gəldilər. 13 yaşlı qızım evdə idi. Onu evdə saxlaya bilmədim. Dedi ki, ana, mən məktəbə gedirəm, həyatıma davam edəcəm. Onu hazırladım, məktəbə yola saldım. Əkrəm bəyi aparan şəxslərin hər biri öz vəzifəsini çox nəzakətli şəkildə yerinə yetirdilər. Onlar saat 7:30 radələrində evdən çıxdılar. Vəkillə birlikdə Əkrəm bəylə danışdılar. Mən bu prosesin detallarını bilmirəm.
“Belə bir şey gözləyirdinizmi?” sualına isə Dilek İmamoğlu belə cavab verib:
“Biz indi hər şeyi gözləyirik. Dünən diplom ləğv edilib. Qeyri-qanuni prosedur həyata keçirilib. Çox qəribə, çox qorxulu günlər keçiririk. Diplomun ləğvi belə absurddur. Bu, çox gülüncdür. Əvvəlcə saxlayırlar, sonra isə dəlil yaratmağa çalışırlar.
Dilek İmamoğlu İstanbul Baş Prokurorluğunun ərini "cinayətkar təşkilatın lideri" olmaqda ittiham etməsi ilə bağlı deyib ki, bu iddia gülüncdür.
“Belə bir şey ola bilməz. Ətrafda çoxlu çirkin məlumatlar dolaşır. Sosial şəbəkələri izləyirsiniz. 20 gündür 3-5 nəfər sosial şəbəkələri alt-üst edir. Onlar qorxuludurlar. Bunlar tamamilə böhtandır, hər şey üzə çıxacaq. Bizim Əkrəm bəylə bir-birimizdən, insanlardan gizlətdiyimiz heç nə yoxdur. Hər şeyi hamımız bilirik. Çünki biz şəffafıq”.
Selim İmamoğlu atasının saxlanmasına belə reaksiya verib:
"Sözlər yetərli deyil. Səhər telefon zəngləri ilə oyanıram, internetə girə bilmirəm, sosial şəbəkələr bağlanıb, heç nədən xəbərim yoxdur. Yolda bir çox hüquq-mühafizə orqanları var. Öz-özümə dedim ki, terrorçumu saxlamısınız? Bu adam ölkəsi üçün mübarizə aparır, hər şeyi edir. Ölkəsi üçün əlindən gələn hər şeyi etməyə çalışan bir aile var. Əlimizdən gələn hər şeyi edirik. Sübh çağında bu adamı gəlib aparırlar. Dünənki diplom qərarı qanunsuzdur. Nə deyə bilərəm? Bu şərdən başqa bir şey deyil. Dövran qayıdacaq. Xalq Əkrəm İmamoğlundan qorxmayacaq. Günün sonunda ədalət gələcək və insanlar ədalətin özündən qorxacaqlar”.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Mart 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri