Icma.az
close
up
RU
AZƏRTAC ın əməkdaşları şəhid jurnalist Məhərrəm İbrahimovun məzarını ziyarət ediblər

AZƏRTAC ın əməkdaşları şəhid jurnalist Məhərrəm İbrahimovun məzarını ziyarət ediblər

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 4 iyun, AZƏRTAC

“Ölüm var ki, həyat qədər dəyərli”... Vaxtilə məşhur şairin qələmindən çıxan bu misralar necə də yerinə düşür. Doğrudan da “gəlimli-gedimli, bir ucu ölümlü” dünyada müqəddəs amallar uğrunda olan dəyərli ölümlər də var. Xalq, Vətən, millət yolunda, milyonların həyatı üçün canını qurban verənlərin qəhrəmanlığı belə ölümlərdəndir. Dörd il əvvəl peşə fəaliyyətini yerinə yetirərkən şəhidliyə qovuşan AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun itkisi də müqəddəs amallar uğrunda idi. 2020-ci ildə Vətən müharibəsi nəticəsində qazanılan möhtəşəm Zəfərdən sonra altı aydan artıq müddətdə onun Qarabağ bölgəsini və ətraf rayonların işğaldan azad edilmiş ərazilərini kəndbəkənd, məhəllə-məhəllə, ev-ev, addım-addım dolaşaraq erməni qəddarlığını və onların vurduğu ziyanları tarix üçün sənədləşdirməsi əsl fədakarlıq nümunəsi, onu tanıyanlar üçün isə göynərtili itki, faciəli ölüm idi…

Hadisə 2021-ci il iyunun 4-də səhər baş verib. Kəlbəcərin Susuzluq kəndinə gedən yolda tank əleyhinə minanın partlayışı nəticəsində həlak olanlar arasında AZƏRTAC-ın işğaldan azad edilmiş bölgələrə ezam olunmuş müxbiri Məhərrəm İbrahimov da var idi...

Məhərrəm İbrahimovun şəhid olmasının dördüncü ildönümündə - iyunun 4-də AZƏRTAC-ın əməkdaşları unudulmaz həmkarlarının dəfn olunduğu Müşfiqabad qəsəbəsindəki qəbiristanlığa gedərək onun məzarını ziyarət ediblər. Anım mərasimində Binəqədi Rayon İcra Hakimiyyətinin, Binəqədi bələdiyyəsinin nümayəndələri və şəhid jurnalistin ailə üzvləri iştirak ediblər.

Mərasimdə çıxış edən AZƏRTAC-ın İşlər İdarəsinin müdiri Rauf Süleymanov, bölmə müdiri Abdulla Suvar, aparıcı müxbir Elçin Hüseynov 2021-ci ilin iyununda baş verən faciəli hadisəni yada salaraq yenidən həmin günləri xatırlayıblar. Qeyd edilib ki, Məhərrəm daim qaynar nöqtələrdə, hadisələrin mərkəzində olmağa can atırdı. O, düşmən atəşi nəticəsində dağılmış evlərə, obyektlərə üz tutur, hadisə yerindən xəbərlər, reportajlar hazırlayıb redaksiyaya göndərirdi. Sorağı gah Ağdamdan, Füzulidən, gah da, Cəbrayıldan, Zəngilan və Qubadlıdan gəlirdi. Təəssüf ki, Kəlbəcər həmin ünvanların sonuncusu oldu.

Onlar qeyd ediblər ki, hərbi jurnalist kimi üzərinə düşən vəzifəni lazımınca yerinə yetirən Məhərrəm İbrahimov Vətən müharibəsi başa çatandan sonra da hərbi formanı əynindən çıxarmadı. Uzun illər düşmən işğalı altında olan qədim yurd yerlərimizin azad nəfəs alması onu hədsiz dərəcədə sevindirirdi. Ezamiyyə müddətində bir-iki günlüyə Bakıya gəlib ailə üzvləri, iş yoldaşları ilə görüşəndə də daim Qarabağa tələsirdi. O, işğaldan azad edilmiş bölgələrdə erməni vandallarının viran qoyduğu yaşayış məntəqələrini jurnalist həmkarları ilə birlikdə lentə alır, dağıntıları, xarabaya çevrilmiş yurd yerlərinin mövcud vəziyyətini tarixə çevirirdi. Qarabağda və ətraf bölgələrdə törədilmiş dəhşətlərin sənədləşdirilməsi gələcək nəsillərin baş verənlərdən xəbər tutması, qan yaddaşımzı üçün çox dəyərli və gərəkli bir iş idi. Özünün dediyinə görə, bu işi başa çatdırmaq üçün bir-iki ay, bəlkə də bir neçə gün qalırdı...

Ziyarət iştirakçıları ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülən şəhid jurnalistin haqqında ürək sözlərini deyib, xatirələrini bölüşüblər. Belə bir fikir ifadə edilib ki, azad olunmuş torpaqlarda zaman keçdikcə həyat yenidən canlanacaq, quruculuq işləri amansız işğalın izlərini itirəcək, gələcək nəsillər işğal dövründə erməni qəddarlığının dağıdıcı izlərini onların çəkdiyi, arxivləşdirdiyi və yazdıqları materiallar əsasında öyrənəcəklər.

Ailə üzvləri adından çıxış edən mərhum jurnalistin qardaşı Əsgər İbrahimov və bacısı Sevda Əsgərova Məhərrəmin xatirəsini əziz tutduqlarına görə onlara minnətdarlıq edib, şəhid jurnalistin ruhuna dualar oxunub, məzarına gül-çiçək dəstələri qoyulub.

Ziyarətdən sonra şəhid-jurnalistin şərəfinə ehsan süfrəsi açılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri