Icma.az
close
up
RU
Ailəyə hüquqi yardım hansı halda göstərilməlidir?

Ailəyə hüquqi yardım hansı halda göstərilməlidir?

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ailələrin hüquqi maarifləndirilməsi" layihəsi çərçivəsində növbəti tədbirini Xaçmaz rayonu Mərkəzi Kitabxanada keçirib.

“Ailəyə hüquqi yardım hansı halda göstərilməlidir?” mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri, layihənin rəhbəri İlham Əliyev ilk öncə “Ailələrin hüquqi maarifləndirilməsi” layihəsinin maliyyələşməsinə göstərdiyi dəstəyə görə, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentlyinə təşəkkürünü bildirdi. Layihə rəhbəri qeyd etdi ki, sağlam, maddi və mənəvi cəhətdən təmin olunmuş ailə sağlam cəmiyyət deməkdir: “Cəmiyyətin mütərəqqi formada inkişafını şərtləndirən əsas amillər sırasında sağlam ailənin mövcudluğu önəmli rola malikdir. Ailə Azərbaycan xalqının milli-mənəvi dəyərlərini özündə əks etdirən mühüm institut hesab olunur. Ürəkaçan hal ondan ibarətdir ki, informasiya-texnologiya əsri olmasına baxmayaraq Azərbaycan xalqı tarixən mövcud olan ailə dəyərlərini, adət-ənənəsini qoruyub saxlaya bilib. Bunun da səbəbi ailənin dövlət tərəfində qorunması, dəyərlərimizin mühafizə olunmasıdır. Ailə dövlətin himayəsindədir. Hər bir ailə üzvünün hüquqları dövlət tərəfindən qorunur”.

HDİM İB-nin sədri İlham Əliyev çıxışında diqqətə çatdırdı ki, ailəyə hörmət, rəğbət, onların qayğılarının həll olunması, problemlərinin aradan qaldırılması ənənəsi Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulub: “Ümummilli Lideri Heydər Əliyev milli - mənəvi dəyərlərimizin qarantı kimi ailənin müqəddəsliyinə böyük önəm vermişdir. Bu gün Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ailələrə xüsusi diqqət və qayğı göstərir. Prezidentimiz İlham Əliyev çıxışlarının birində bununla bağlı demişdir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır” .

Xaçmaz rayonu icra hakimiyyətinin aparıcı məsləhətçi -Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Səadət Quliyeva çıxışında ailələrin hüquqları və onların cəmiyyətin inkişafında rolundan danışdı. Səadət Quliyeva yetişməkdə olan gənc nəslin ailə dəyərlərinə, adət -ənənəmizə bağlı ruhda böyüməsinin vacib olduğunu və bu istiqamətdə maarifləndirmə işinin təşkilinin gücələndirilməsinin zəruri olduğunu söylədi. Sosioloq Elçin Bayramlı ailədaxili münasibətlərin ailə üzvlərinin bir-birinə diqqət, qayğı, hörmət və dəstək üzərində qurulmasının vacibliyini söylədilər. Ekspert qeyd etdi ki, səmimiyyət, fədakarlıq və mehribanlıq üzərində qurulan ailədaxili münasibətlər insanların həm şəxsi, həm də sosial həyatında uğurlu nailiyyətlər əldə etməsinə yardımçı olur.

Kitabxananın oxu zalının müdiri Kəmalə Məlikova, metodika-biblioqrafiya şöbəsinin müdiri Zöhrab Məmmədov və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bildiriblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar layihə rəhbəri və ekspert tərəfindən cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 İyul 2026 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri