Icma.az
close
up
RU
AİŞ 2020 2024: İqtisadi irəliləyişlər və yaşıl üfüqlər

AİŞ 2020 2024: İqtisadi irəliləyişlər və yaşıl üfüqlər

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Son beş ildə Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) dayanıqlı iqtisadi artım və xarici investisiyaların cəlb olunmasına diqqət yetirərək əsas fəaliyyət istiqamətlərini inamla və uğurla inkişaf etdirib. Bu strategiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə tam uyğundur.

Oxu.Az-ın məlumatına görə, ötən dövr şirkət üçün mühüm mərhələ olmuşdur: müasir korporativ standartların və qabaqcıl idarəetmə təcrübələrinin tətbiqi sayəsində AİŞ əməkdaşlıq etdiyi bir sıra müəssisələrin fəaliyyətini sağlamlaşdırıb və onların işini daha səmərəli edib. Xarici tərəfdaşlarla əməkdaşlıq AİŞ-in strategiyasının ayrılmaz hissəsinə çevrilib, bu isə beynəlxalq arenada şirkətə etimadın güclənməsinə səbəb olub.

Beş ilin nəticələri: dayanıqlı yüksəliş və inkişaf

Əsası 2006-cı ildə qoyulmuş AİŞ üçün 2020-2024-cü illər iqtisadiyyatın əsas sektorlarının transformasiyasına və dayanıqlı inkişafa xidmət edən layihələrin həyata keçirilməsinə yönəlmiş aktiv fəaliyyət dövrü olub.

Son 5 ildə vəsaitlərin yatırıldığı layihələrin ümumi dəyəri 1.7 milyard manata çatıb. Bu məbləğin 292 milyon manatı bilavasitə AİŞ tərəfindən təsdiqlənmiş investisiya vəsaitidir. Bundan başqa 476 milyon manat məbləğində birbaşa xarici investisiya cəlb etmək mümkün olub.

Xüsusən cəlb edilən vəsaitlərin nisbətini qeyd etmək yerinə düşər: AİŞ-in yatırdığı hər 1 manata görə beynəlxalq və yerli investorlardan, həmçinin maliyyə institutlarından 6.5 manat cəlb olunub. Birbaşa xarici investisiyalar çərçivəsində isə bu nisbət AİŞ-in yatırdığı hər 1 manata 1.62 manat təşkil edib. Bu multiplikator effekti şirkətin investisiya tərəfdaşı kimi yüksək səmərəliliyini nümayiş etdirir.

Cəlb edilmiş investisiyalar 23 layihənin həyata keçirilməsinə, o cümlədən 19 yeni istehsal müəssisəsinin tikintisinə yönəldilib. Bu təşəbbüslər ölkənin istehsal imkanlarını gücləndirməklə yanaşı, növbəti bir neçə il ərzində 2300-ə yaxın iş yerinin yaradılmasına imkan verəcək. AİŞ rəqabətqabiliyyətli və əlavə dəyər yaradan, xüsusilə də ixrac və idxalın əvəzlənməsinə yönəlmiş layihələrdə iştirak edir. Hazırda AİŞ sayəsində qida və əczaçılıq sənayesi sahəsində, eləcə də tikinti materialları və geyim sahəsində strateji məhsulların fəal istehsalı həyata keçirilir ki, bu da iqtisadiyyatın, biznesin və əhalinin həyati əhəmiyyət kəsb edən məhsullarla təmin edilməsinin mühüm göstəricisidir.

Azərbaycanın səhiyyə infrastrukturunu gücləndirməklə yanaşı, həm də ölkə daxilində ən üstün beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli tibbi ləvazımatların və dərman preparatların istehsalına imkan yaradan əczaçılıq layihələrinə investisiyaların ayrılmasına xüsusi diqqət yetirilir. Bu tərəfdaşlığa nümunə olaraq "Diamed" Şirkətlər Qrupu ilə əməkdaşlıq çərçivəsində müəssisələrin istifadəyə verilməsi layihələrini qeyd etmək olar. Müəssisələrdən biri birdəfəlik şprislərin, digəri isə natrium xlorid, ringer laktat və qlükoza kimi həyati əhəmiyyət kəsb edən venadaxili infuziya məhlullarının istehsalı üzrə ixtisaslaşıb.

Sadalananlardan əlavə AİŞ-in Azərbaycanın digər regionlarının da iqtisadi inkişafı üçün həyata keçirdiyi mühüm layihələri qeyd etmək önəmlidir. Balakən rayonunda "Balkhoorma" və "Balacans Agro Food" zavodlarında quru meyvələr istehsal olunur. Qeyd edilən layihələr yerli istehsalçılara dəstək verir, istehsal edilən məhsullar isə regionun, o cümlədən bütünlükdə ölkənin ixrac potensialının artırılmasına kömək edir.

Əsas layihələr arasında Ağdam rayonunun Şahbulaq kəndində daş karxanasını, eləcə də Xocalıda bərpa edilmiş sement zavodunu qeyd etmək olar. Bu zavodlarda istehsal edilən tikinti daşı və sement işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa işlərində istifadə edilir. AİŞ, həmçinin Ağdam Sənaye Parkında müxtəlif sənaye sahələrində çalışan işçilər üçün maksimum təhlükəsizlik və rahatlığı təmin edən ayaqqabı istehsal edən "Bafco" fabrikinə də sərmayə yatırıb.

Yevlaxda illik 22 milyon ədəd damazlıq yumurta istehsal gücünə malik zavodun birinci fazasının tikintisi başa çatıb. Bu layihə yüksək keyfiyyətli və münasib qiymətə damazlıq yumurtaların istehsalı ilə ölkənin idxaldan asılılığının azaldılması və qida təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

İqtisadiyyatın strateji sahələrinin inkişafına yönəlmiş bir neçə layihənin tikintisi yekun mərhələdədir. Onların sırasında Azərbaycanda geniş çeşiddə dərman preparatları istehsal edən zavodun tikintisidir. Türkiyənin ən böyük dərman şirkətlərindən biri olan "GEN İlaç ve Sağlık Ürünleri A.Ş." ilə birlikdə tezliklə ölkə əhalisinin sağlamlığı və rifahı üçün strateji əhəmiyyət kəsb edən, ampullar və həblər daxil olmaqla, 70 adda dərman preparatının istehsalı nəzərdə tutulur.

İmişli rayonunda pivəlik arpa emalı zavodunun tikintisi yekun mərhələdədir, bu da öz növbəsində Azərbaycanın bu sahədə mövqeyini gücləndirmək məqsədi daşıyır.

Hazırda AİŞ işğaldan azad edilmiş ərazilərdə yaşıl, o cümlədən ölkənin regionlarının inkişafına yönəlmiş layihələrin həyata keçirilməsinə fəal şəkildə investisiya yatırır.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən dörd layihənin inkişaf etdirilməsinə və dirçəldilməsinə dəstək çərçivəsində şirkət 44.8 milyon manat investisiya yatırır. AİŞ-in portfelində Türkiyənin "Demirören Holding"i ilə birgə həyata keçirilən beş kiçik su elektrik stansiyasının bərpası layihəsinin də xüsusi önəmi var. Bu layihə su elektrik stansiyaların regionu bərpa olunan enerji ilə təmin edərək ənənəvi enerji təchizatı mənbələrindən asılılığı azaltması ilə AİŞ-in davamlı inkişafa sadiqliyini əks etdirir. Bundan əlavə, AİŞ-in Cəbrayıl rayonunda 240 MVt gücündə "Şəfəq" günəş elektrik stansiyasının tikintisi layihəsində iştirakı enerji infrastrukturunun inkişafı məqsədilə atılan mühüm addımdır. "SOCAR Green" və bp şirkətləri ilə birgə həyata keçirilən layihə işğaldan azad edilmiş ərazilərdə ən böyük yaşıl enerji layihələrindən biri olacaq.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ekoloji təşəbbüslərdən əlavə, AİŞ ölkənin digər regionalarında da yaşıl layihələrin inkişaf etdirilməsində fəal iştirak edir. Bu layihələrdən biri də İtaliyanın "Technip Energies" şirkəti ilə birgə Sumqayıtda innovativ həll yollarının tətbiqi ilə plastik tullantıların emalı zavodunun tikintisidir. Zavod qabaqcıl termokimyəvi texnologiyadan istifadə edərək plastik tullantıları emal edərək müxtəlif sənaye sahələri üçün qiymətli resurs olan piroliz yağına çevirəcək. AİŞ-in yaşıl layihələrə ayırdığı investisiyaların ümumi həcmi 74 milyon manat təşkil edib ki, bu da şirkətin ətraf mühitin qorunması məqsədilə müasir həllərin tətbiqinə olan sadiqliyini əks etdirir.

Qəbələ rayonunda gürcüstanlı tərəfdaşlarla birlikdə spirtsiz və yüngül spirtli içkilərin istehsalı zavodunun tikintisi nəzərdə tutulur, bu isə qida sənayesinin inkişafında mühüm addım olacaq. Bundan başqa, Gəncədə "Azərbazalt" MMC ilə birgə bazaltın çıxarılması və ondan bazalt tozu və qranullarının istehsalı layihəsi həyata keçirilir. Sözügedən xammala tikinti sənayesində və digər sahələrdə yüksək tələbatın olması bu layihəni ölkə sənayesinin inkişafı üçün strateji əhəmiyyətli edir.

Ən böyük və əhəmiyyətli layihələrdən biri də Macarıstanın "HELL Energy" şirkəti ilə birlikdə həyata keçirilən "Quality Pack Caspian" layihəsini qeyd etmək olar. "Quality Pack Caspian" Cənubi Qafqazda alüminium içki qutuları istehsal edən ilk müəssisə olacaq. Bu zavod Ələt Azad İqtisadi Zonasında yerləşəcək və illik istehsal gücü 700 milyon ədəd alüminium qutu olacaq. Bu layihə yerli bazarın tələbatını tam ödəməklə, ixrac potensialının inkişafına imkan yaradacaq.

2024-cü ildə COP29 konfransında uğurla iştirak edərək bir sıra ekoloji layihələr üzrə sazişlər bağlaması AİŞ-in əhəmiyyətli nailiyyətlərindən biridir. Həmin təşəbbüslər arasında plastik və şüşə qabların toplanması, karbon tutma texnologiyalarının inkişafı və stasionar batareyaların istehsalı layihələrini qeyd etmək olar. Bu sazişlər AİŞ-in qlobal ekoloji əməkdaşlıqlarda fəal iştiraka hazır olduğunu bir daha təsdiq edir.

Gələcəkdə AİŞ xarici tərəfdaşlarla birlikdə iqtisadiyyatın strateji əhəmiyyətli sektorlarının gücləndirilməsi və innovativ həllərin tətbiqi ilə bir sıra mühüm layihələr həyata keçirməyi planlaşdırır. Avstriyanın "Fibron Pipe" şirkəti ilə əməkdaşlıq çərçivəsində kompozit və paslanmayan polad boruların istehsalına başlanılacaq, bu layihə nəticəsində bazar yüksək keyfiyyətli məhsullarla təmin olunacaq. Həmçinin Avstriyanın "Grabher Group" şirkəti ilə birlikdə tibb və gigiyena kimi önəmli sahələrdə istifadə üçün beynəlxalq standartlara cavab verən qabaqcıl materiallara çıxışı təmin edəcək innovativ "ağıllı" tekstil məhsullarının istehsalı layihəsinin həyata keçirilməsi planlaşdırılır. Bundan əlavə, AİŞ-in Çinin "BYD Auto Industry Co. Ltd." şirkəti və "Electrify Azerbaijan" MMC ilə birgə əməkdaşlıq çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında elektrik avtobusların yığımı üzrə zavod inşa olunacaq. Bu isə ölkəmizdə ekoloji cəhətdən təmiz nəqliyyatın və maşınqayırmanın inkişafına mühüm töhfə verəcək. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə birlikdə təmiz enerji istehsalı üçün məişət tullantılarının təkrar emalı layihəsinin həyata keçirilməsi planlaşdırılır. AİŞ 15 ölkə ilə əməkdaşlıq çərçivəsində beynəlxalq əlaqələri genişləndirməklə yanaşı, ölkə iqtisadiyyatını gücləndirəcək qarşılıqlı faydalı tərəfdaşlıq üçün yeni imkanlar yaradır.

"Bizim missiyamız təkcə kapital cəlb etmək deyil, həm də gələcək nəsillərə xidmət edəcək dayanıqlı infrastruktur yaratmaqdır. Layihələrimiz Azərbaycanın perspektiv investisiyalar üçün regional mərkəzə çevrilməyə hazır olduğunu bir daha sübut edir", - deyə AİŞ-in icraçı direktoru Ülvi Mansurov çıxışlarının birində bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Yanvar 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri