Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Münasibətlərin inkişafında yeni üfüqlər

Münasibətlərin inkişafında yeni üfüqlər

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycanın Şərq və Qərbin qovşağında yerləşməsi həm Avropa, həm də Asiya ölkələrinin rəsmi Bakı ilə əməkdaşlığa can atmasını şərtləndirən əsas faktorlardan biridir. Cənub-Şərqi Asiya ölkələrinin də Azərbaycanla əməkdaşlıq əlaqələrini dərinləşdirməsi bu baxımdan diqqət cəlb edir. May ayının 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına dövlət səfəri də məhz ölkələrimiz arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcı hesab olunur”. Bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına uğurlu səfərindən sonra Asiyanın aparıcı ölkələrindən birinin liderinin Bakıya səfər etməsi təsadüfi deyil: “Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan münasibətləri mövcuddur və bu mənada Vyetnam ilə münasibətlər də xüsusi əhəmiyyətə malikdir. Sürətlə inkişaf edən, xüsusilə də, tibb, texnologiya sahəsində innovativ sıçrayışlar əldə edən Vyetnam bizdən xeyli uzaq məsafədə yerləşsə də, iqtisadi, enerji və nəqliyyat məsələlərində Azərbaycanla əməkdaşlığa üstünlük verir. Cənab Prezident İlham Əliyevin “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə də qeyd etdi ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Hələ 1959-cu ildəVyetnam Demokratik Respublikasının Prezidenti Xo Şi Min Azərbaycana səfər edib. 1983-cü ildə isə, o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Heydər Əliyev Vyetnamda səfərdə olub. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri ölkələrimiz arasında münasibətlərdəki yaxınlığın göstəricisidir. Bu gün Azərbaycan ilə Vyetnam bir çox sahələrdə əməkdaşlıq potensialını daha dinamik şəkildə inkişaf etdirmək üçün bütün imkanlara malikdirlər. Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli sahələrindən biri də təhsildir. Hələ sovetlər dönəmində Azərbaycan ilə Vyetnam arasında təhsil sahəsində əməkdaşlıq mövcud olub. Vaxtilə Azərbaycanın ali məktəblərində təhsil almış vyetnamlılar bu gün ölkələrində yüksək vəzifələrdə çalışırlar. Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün Azərbaycanın təklif etdiyi qrantlar və təqaüdlər çərçivəsində təhsil proqramları vyetnamlı tələbələrə də geniş perspektivlər vəd edir və bunlar ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirəcək”.

Millət vəkili qeyd etdi ki, Azərbaycan ilə Vyetnam arasında siyasi dialoq həmişə yüksək səviyyədə olub: "2013-cü ildən başlayaraq Vyetnam Milli Assambleyasında Azərbaycanla parlamentlərarası dostluq qrupu, Milli Məclisdə isə Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir, həmçinin Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası mövcuddur. Hanoy şəhərində isə Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası və Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi fəaliyyət göstərir. Bu qurumlar iki ölkə arasında əlaqələrin davamlı inkişafında mühüm rol oynayırlar. Düşünürəm ki, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığın daha da gücləndirəcək. Bu səfər münasibətlərin yeni mərhələdə yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik yaradır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Vyetnam lideri cənab Lamın səfəri daha fəal əməkdaşlığa mühüm təkan olacaq və münasibətlərimizin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 May 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri