AK Metanı 797 milyon avro cərimələyib
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Avropa Komissiyası (AK) “Facebook” və “Instagram” sosial media platformalarının sahibi “Meta”nı antiinhisar qaydalarını pozduğuna görə 797 milyon avro məbləğində cərimələdiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, məhz “Facebook Marketplace”i şəxsi sosial şəbəkəsi “Facebook”a inteqrasiya etdiyi və digər onlayn elanlar xidmətinə ədalətsiz ticarət şərtləri tətbiq etdiyi üçün antiinhisar qaydalarını pozduğu əsas götürülüb.
Avropa Komissiyası araşdırma sonrası müəyyən edib ki, “Meta” bütün Avropa İqtisadi Zonasında şəxsi sosial şəbəkələrdə və sosial mediada onlayn reklam bazarındakı dominant mövqeyindən sui-istifadə edib.
Qərarda “Facebook Marketplace”in “Facebook”a inteqrasiyası ilə bu sosial media platformasından istifadə edən hər kəsin avtomatik olaraq “Facebook Marketplace”ə giriş əldə etdiyi və istəsə də, istəməsə də müntəzəm olaraq “Facebook Marketplace”ə məruz qaldığına diqqət çəkilib. Digər onlayn təsnifat xidmətləri onun təchizatçıları üçün ədalətsiz ticarət şəraiti yaratdığı bildirilir.
Müvafiq olaraq, “Meta”nın sözügedən hərəkətə dərhal son qoyması və gələcəkdə eyni pozuntunun təkrarlanmasından və ya eyni məqsəd, və ya təsiri olan hərəkətlərdən çəkinməsi qərara alınıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 15 Noyabr 2024 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















