Icma.az
close
up
RU
Akademik Cəlal Əliyevin anadan olmasının 97 ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Akademik Cəlal Əliyevin anadan olmasının 97 ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda görkəmli alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Alimin xatirəsi bir dəqiqəlik sükutla qeyd olunub. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik İradə Hüseynova akademik Cəlal Əliyevin həyat yolu, elmi və elmi-təşkilati fəaliyyəti haqqında məlumat verib, onun Azərbaycan və dünya elminə verdiyi töhfələrdən danışıb. İradə Hüseynova qeyd edib ki, 30 iyun yalnız akademik Cəlal Əliyevin doğum günü deyil, eyni zamanda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaranma tarixidir. Əsası akademik Cəlal Əliyev tərəfindən qoyulan və onun ideyaları əsasında formalaşan institut artıq 9 ildir ki, uğurla fəaliyyət göstərir.

Çıxışında akademik İradə Hüseynova vurğulayıb ki, Cəlal Əliyevin fotosintez və fototənəffüs proseslərinin molekulyar-genetik əsaslarının tədqiqi sahəsində apardığı araşdırmalar, əldə etdiyi nəticələr, yaratdığı çoxsaylı buğda sortları nəinki respublikamızda, həm də beynəlxalq elmi ictimaiyyətdə yüksək qiymətləndirilib. Akademikin tələbələrinin Azərbaycanda və  dünyanın müxtəlif ölkələrində əldə etdiyi nailiyyətlər onun yaratdığı elmi məktəbin qüdrətini bir daha təsdiqləyir. Bu uğurlar isə  məhz onun müəllimlik fəaliyyətindəki yüksək prinsipiallıq, tələbkarlıq, qayğıkeşlik və fədakarlıqla birbaşa bağlıdır. Qürurverici haldır ki, Cəlal müəllimin yetirmələri bu gün ölkəmizdə gənc alimlərin formalaşmasında mühüm rol oynayır, bu çətin və məsuliyyətli yolda öz ustadlarının elmi və mənəvi irsinə sadiqlik nümayiş etdirirlər.

Tədbirdə çıxış edən digər natiqlər də böyük alim haqqında xoş xatirələrini bölüşüb, onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulayıblar.

Tədbirin sonunda akademik Cəlal Əliyeva həsr olunmuş film nümayiş etdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyul 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see197

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see136

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see132

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri