Icma.az
close
up
RU
Yevlaxda Heydər Əliyevin anadan olmasının 102 ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Yevlaxda Heydər Əliyevin anadan olmasının 102 ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xalqımızın Ümumilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatları Əli Hüseynli, İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, Rayon Ağsaqqalar Şurasının, Qərbi Azərbaycan İcmasının Yevlax rayonu üzrə nümayəndəliyinin, rayonda fəaliyyət göstərən regional idarələrin, müəssisə, təşkilatların rəhbərləri, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət işçiləri, qazilər və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyan iştitrakçılar Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra İqtisadiyyat Nazirliyinin Aran Regional Mərkəzinin iclas zalında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ərazi bütövlüyümüz, müstəqilliyimiz, suverenliyimiz, uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən video-çarx nümayiş etdirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin mənalı həyatı və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışaraq qeyd edib ki, müstəqil, suveren, qüdrətli, güclü Azərbaycan Ümummili Lider Heydər Əliyevin şah əsəridir. Möhtətəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbəni Azərbaycan xalqına bəxş etməklə Ümummilli Liderin vəsiyyətini yerinə yetirdi, Qarabağımıza azadlıq və sülh gətirdi.

Tədbirin gedişində Yevlax məktəblərinin Respublika Fənn Olimpiadalarında yüksək nəticə əldə etmiş şagirdlərinə Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları, həmçinin, Yeni Azərbaycan Partiyasını sıralarına qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.
Tədbirin sonunda M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistləri əməkdar artistlər Almaz Orucova, Xəyyam Məmmədov, tanınmış musiqiçilər Rövşən Əziz, İdris Tağıyev, Vəfa Vəzirova tərəfindən Ulu Öndər Heydər Əliyevə və vətənpərvərliyə həsr olunmuş musiqilər səsləndirilmişdir. İfa edilən musiqilər tədbir iştirakçılarına xoş ovqat bəxş edib.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 May 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri