Icma.az
close
up
RU
Qazaxıstanda Heydər Əliyevin anadan olmasının 102 ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Qazaxıstanda Heydər Əliyevin anadan olmasının 102 ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qazaxıstanın Almatı şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu - Qərbi Azərbaycana Qayıdış Çağırışları" adlı tədbir keçirilib.

Oxu.Az xəbər verir ki, forum Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyi, UNESCO-nun Qazaxıstan nümayəndəliyi, Dünya Axısxa Türkləri Birliyi (DATÜB), "İpəkyolu" İctimai Diplomatiya Vəqfi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir Qazaxıstan və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Forumda Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı şəhərindəki nümayəndəsi Anar Hüseynzadə, Türkiyənin Almatıdakı baş konsulu Evren Müderrisoğlu, UNESCO-nun Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin sədri, tanınmış yazıçı Oljas Süleymanov (video çıxış), Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzə, Qazaxıstanın əməkdar elm xadimi, professor Ərpolat Əliyəddinoğlu, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər, "İpəkyolu" İctimai Diplomatiya Təşkilatının sədri Seyfullah Türksoy, tarix üzrə fəlsəfə doktoru İqor Krupko və Azərbaycan ilə Qazaxıstanın tanınmış elm adamları və siyasi xadimləri çıxış ediblər.

Tədbirin açılışında çıxış edən səfirliyin nümayəndəsi Anar Hüseynzadə Qazaxıstanın Vətən müharibəsi dövründə nümayiş etdirdiyi mövqedən danışaraq, rəsmi Astananın Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. O, həmçinin Azərbaycan-Qazaxıstan münasibətləri çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verib.

Türkiyənin Almatı şəhərindəki baş konsulu Evren Müderrisoğlu da türk birliyinin əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, Türk dünyasının böyük şəxsiyyəti Heydər Əliyev öz müdrikliyi və geniş dünyagörüşü ilə yaşadığı dövrün fövqündə dayanmış bir lider idi.

Milli Məclisin deputatı Naqif Həmzə çıxışında Qərbi azərbaycanlıların dədə-baba torpaqlarından qovulmasından bəhs edərək bildirib ki, Azərbaycan sərhədlərinin yaxınlığında soydaşlarının yaşadığı yeganə ölkədir.

UNESCO-nun Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin sədri, yazıçı Oljas Süleymenov video çıxışında Heydər Əliyevin Azərbaycan və dünya üçün əhəmiyyətindən danışıb. O, Ulu Öndərin şəxsiyyətindən öyrəniləcək çox şey olduğunu bildirib.

Xalq şairi Sabir Rüstəmxanlı çıxışında müstəqil türk respublikalarının inkişafını vurğulayaraq, Qərbi Azərbaycana qayıdışla bağlı tədbirlərin bir çox ölkədə keçirildiyini bildirib. O, Qazaxıstanın didərgin millətlər üçün ikinci vətənə çevrildiyini qeyd edib.

Layihə rəhbəri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü və "Yeni Çağ" Media Qrupunun baş direktoru Aqil Ələsgər çıxışında Qərbi Azərbaycana dönüşün Qarabağa dönüş kimi reallaşacağına inamını ifadə edib.

"Biz o torpaqlara - o türk yurduna mütləq qayıdacağıq. Doğum gününü qeyd etdiyimiz ulu öndərimiz Heydər Əliyevin böyük şəxsiyyəti qarşısında ehtiramla baş əyir, Prezidentimizin əsgəri olaraq sözlərimi cənab İlham Əliyevin bu fikri ilə tamamlayıram: "Bizim ailəmiz Türk dünyasıdır və biz birlikdə güclüyük".

Daha sonra "Axısxa" qəzetinin baş redaktoru Rövşən Məmmədoğlunun moderatorluğu ilə "Türk dünyasında yeni çağırışlar" adlı panel keçirilib.

Paneldə "Goodwill AqNiet" İctimai Fondunun direktoru Adlet Kumar, Turan Universitetinin Beynəlxalq Münasibətlər və Diplomatiya Ali Məktəbinin direktoru Altınay Tuleuvna Muxambedyarova və "Qazaxıstanın Art Forumu" Beynəlxalq Yaradıcılıq Təşkilatının baş direktoru Yernazar Gimarat iştirak ediblər. Panel müzakirələrində Türk Dövlətləri Təşkilatının fəaliyyəti və türk respublikaları arasındakı əməkdaşlıq imkanları müzakirə olunub.

Forum çərçivəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş sərgi də təşkil olunub. Sərgidə Heydər Əliyevin Mərkəzi Asiya və türk respublikaları ilə bağlı siyasətini əks etdirən görüntülər, eləcə də Qərbi Azərbaycandakı mədəni-tarixi irsimizə dair fotolar nümayiş olunub.

Tədbirin sonunda yekun bəyanat qəbul edilib və xatirə şəkli çəkdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 May 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see270

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see180

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see169

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see165

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see153

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see149

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see143

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see138

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see138

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see137

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see136

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see135

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see134

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see132

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see132

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see129

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see129

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see128

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see128

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri