Icma.az
close
up
RU
Akademik dilçi, qayğıkeş müəllim, müdrik insan

Akademik dilçi, qayğıkeş müəllim, müdrik insan

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Tofiq Hacıyev – 90

Bu gün görkəmli alim, akademik Tofiq Hacıyevin anadan olmasının 90-ci ildönümüdür. Unudulmaz müəllimimizin yubileyi onsuz keçsə də, çoxsaylı yetirmələri bu əlamətdar gündə öz müəllimini sevgi-sayğı ilə yad edirlər. Elmi ictimaiyyət ömrünün 60 ilindən çoxunu milli dilçiliyimizin və türkologiyanın inkişafına həsr etmiş fədakar ziyalının xidmətlərini qədirbilənliklə yenidən nəzərdən keçirir və yüksək dəyərləndirir.

10 ilə yaxın müddətdə biz ondan cismən ayrılsaq da, mənən xatirələri ilə birlikdə, yazıb-yaratdığı elmi əsərləri ilə üz-üzəyik. O, böyük və qədim bir xalqın zəngin dilinin tədqiqatçısı, qoruyucusu və mənəvi dəyərlərinin təbliğatçısı olub.

Tofiq İsmayıl oğlu Hacıyev 1936-cı il may ayının 1-də qədim Qarabağ torpağında Cəbrayıl rayonunun Soltanlı kəndində dünyaya gəlib. O, elm aləminə də dil açdığı torpağa dərin bələdlik və sevgi ilə araşdırdığı mövzu – “Azərbaycan dilinin Cəbrayıl şivəsi” ilə qədəm qoyub. Gənc tədqiqatçı sonradan onlarla irihəcmli elmi əsəri, yüzlərlə məqaləsi ilə ana laylasını dinlədiyi dilin ən məhsuldar tədqiqatçılarından birinə çevrilib.

Bir-birinin ardınca yazdığı “Satira dili”, “Azərbaycan ədəbi dili tarixi (təşəkkül dövrü)”, “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili”, “Yazıçı dili və ideya-bədii təhlil”, “Sabir: qaynaqlar və sələflər”, “Azərbaycan dili tarixi” (K.Vəliyevlə birlikdə), “Molla Nəsrəddinin dili və üslubu”, “Azərbaycan ədəbi dili tarixi II hissə”, “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz”, “Azərbaycan dili” (Z.Budaqova ilə birlikdə), “Füzuli dili”: dil sənətkarlığı”, “Dədə Qorqud: dilimiz, düşüncəmiz”, “Azərbaycan ədəbi dili tarixi” (I, II hissə), “Türklər üçün ortaq ünsiyyət dili”, “Üzeyir Hacıbəylinin bədii dili” kitabları onu elmi dairələrdə və geniş auditoriyada dərin zəkalı dilçi, yurdsevər ziyalı kimi tanıdıb.

Akademikin yaradıcılığının əsas hissəsini elmi-dilçilik məsələləri, türkologiya, zəngin bir qolunu isə tərcümə yaradıcılığı təşkil edir. Alim tərcümə işinə tələbəlik illərindən başlayıb və elə o zaman bu sahəyə başçılıq edənlərdən biri və demək olar ki, birincisi, böyük ədəbiyyatşünas alim Əli Sultanlının diqqətini çəkib və Roma ədəbiyyatının görkəmli nümayəndələrindən olan Mark Tulli Siseronun əsərlərinin bəzi bölmələrinin tərcüməsini ona həvalə edib. 1959-cu ildə Bakı Dövlət Universiteti nəşriyyatında çapdan çıxan “Roma ədəbiyyatı müntəxəbatı” antologiyasının geniş bir bölməsinin tərcüməsi də tələbə Tofiq Hacıyevə tapşırılıb.

Görkəmli alim, təqribən, 40 ildən sonra elmi yaradıcılığı ilə yanaşı, tərcümə yaradıcılığına da geniş yer verib, 1997-ci ildən bir-birinin ardınca türklərin, o cümlədən onların dillərinin tarixindən bəhs edən 5 əsəri – Murad Adcının məşhur “Qıpçaq çölünün yovşanı” (1997), B.A.Serebrennikov və N.Z.Hacıyevanın birlikdə yazdıqları “Türk dillərinin müqayisəli tarixi qrammatikası” (2002), Mikayıl Baştunun “Şan qızı dastanı” (2005), Murad Adcının növbəti “Türk və dünya: munis tariximiz” (2006) və Seyid Əhməd Cəmaləddin Mühənnanın “Hilyətül-insan və həlbətül lisan” (2008) əsərlərini rus dilindən Azərbaycan türkcəsinə tərcümə edib.

Akademikin uzunmüddətli və ağır zəhməti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Əməkdar elm xadimi fəxri adına layiq görülüb, “Şöhrət” ordeni ilə təltif olunub, AMEA-nın müxbir və həqiqi üzvü seçilib.

Görkəmli alimin türk dili ilə bağlı araşdırmaları Türkiyə Cümhuriyyətinin diqqətindən kənarda qalmayıb. O, Türkiyə Cümhuriyyəti Atatürk Kültür, Dil və Tarix Qurumunun fəxri üzvü seçilib, Türkiyə Cümhuriyyətinin “Ləyaqət” medalına layiq görülüb.

Akademikin dilçilik sahəsindəki fəaliyyəti çoxcəhətli və geniş olduğu kimi, dilçi kadrların yetişməsində də zəhməti böyükdür.

2006-cı ilə qədər Tofiq müəllimin rəhbərliyi ilə 15 aspirant və dissertant elmlər namizədi, 5 nəfər isə elmlər doktoru adı alıb. Bunlardan 4 nəfərinin – Sərxan Abdullayev, Elbrus Əzizov, Nizami Cəfərov və mən namizədlik dissertasiyası müdafiə edərkən elmi rəhbər, doktorluq dissertasiyası müdafiə edərkən isə elmi məsləhətçi professor Tofiq Hacıyev olub.

Tofiq müəllimin sərhədsiz elmi yaradıcılığı onun insanlığı ilə eyni ucalıqda dayanır. Onun yerirmələrinə göstərdiyi diqqət və himayənin qarşılığında “Akademik Tofiq Hacıyevin dilçilik görüşləri” adlı 250 səhifəlik monoqrafiya yazmışam. Təəssüf ki, indi yüksək elmi qabiliyyətə sahib, istedadlı gənclərə arxa-dayaq olan Tofiq Hacıyev kimi şəxsiyyətlər azdır. Yetirmələri bu boşluğu doldurmaqla akademik dilçi, qayğıkeş müəllim və müdrik insanın ruhunu sevindirmiş olarlar.

Sərdar ZEYNALOV,
ADPU Müasir Azərbaycan dili kafedrasının professoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 May 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri