Akademik Əhəd Canəhmədovun “Kainat haqqında düşüncələr” traktatının təqdimatı olub
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 7 fevral, AZƏRTAC
“Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” 10-cu beynəlxalq elmi-praktik gənclər konfransı çərçivəsində Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, Milli Aviasiya Akademiyasının (MAA) kafedra müdiri akademik Əhəd Canəhmədovun “Kainat haqqında düşüncələr” traktatının təqdimatı olub.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, təqdimatda Nəqliyyat texnologiyaları fakültəsinin dekanı dosent Nazim Nağıyev, İqtisadiyyat kafedrasının müdiri Səlim Müslümov, Hava nəqliyyatı fakültəsinin dekanı Firdovsi Mahmudlu, MAA-nın İstehsalat Birliyinin baş direktoru Kamal Əsgərov, Tədris şöbəsinin müdiri Sima Bidzinova, Tədqiqat-analitik şöbəsinin müdiri Fuad Mirzəyev, Aerokosmik fakültəsinin dekanı Sevda Ağayeva və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Ə.Canəhmədov əsrin intellektual nailiyyətlərin təsiri ilə yaşadığımız kainat haqqında ən fundamental fikirlərimizin necə dəyişdiyini özünəməxsus üslubda açıqlayıb. Bildirilib ki, bu əsər Azərbaycan fəlsəfə tarixində kainat, zaman, məkan və yaranış haqqında mühəndislik fəlsəfəsi yanaşması, düşüncələrinin və araşdırmalarının məhsuludur. Əsərdə müəllifin elmin, texnikanın və mühəndisliyin ən son nailiyyətlərinə əsaslanaraq sivilizasiyanın taleyi barədə düşüncələrininin əks olunması iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbir iştirakçıları kitabla bağlı təəssüratlarını bölüşüb, nəşrin əhəmiyyətini vurğulayaraq müəllifə uğurlar arzu ediblər.
Kitabın elmi redaktoru Beynəlxalq Mühəndislik Akademiyasının prezidenti, SSRİ və Rusiya Federasiyasının Dövlət mükafatları laureatı, akademik Boris Qusev, rəyçisi isə Bakı Slavyan Universitetinin professoru Cahangir Məmmədovdur.
Təqdimatın sonunda müəllif tərəfindən iştirakçılara kitablar hədiyyə olunub.
Xatırladaq ki, fevralın 4-6-da “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında Azərbaycan Gəncləri Gününə və ölkəmizin ilk telekommunikasiya peyki “Azerspace 1”in orbitə buraxılması tarixinə həsr olunan “Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” 10-cu beynəlxalq elmi-praktik gənclər konfransı keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 07 Fevral 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















