Icma.az
close
up
RU
Akademik Əhəd Canəhmədovun “Kainat haqqında düşüncələr” əsəri Türkiyədə nəşr olunub

Akademik Əhəd Canəhmədovun “Kainat haqqında düşüncələr” əsəri Türkiyədə nəşr olunub

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, Milli Aviasiya Akademiyasının Nəqliyyat mexanikası kafedrasının müdiri, dünyaşöhrətli alim, akademik Əhəd Canəhmədovun yaradıcısı olduğu mühəndislik fəlsəfəsi elmi üzrə yazdığı silsilə kitablar, o cümlədən “Kainat haqqında düşüncələr: mühəndislik fəlsəfəsindən yanaşma” (elmi-fəlsəfi traktat) dünya alimlərinin böyük marağına səbəb olub.

AZƏRTAC xəbər verir ki, dünyanın görkəmli alimlərinin bu elm sahəsinə olan böyük diqqətini nəzərə alaraq, bu günlərdə Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Elmi şurasının qərarı ilə yuxarıda adı qeyd olunan kitab türk dilinə çevrilərək “Evren Üzerine Düşünceler: Mühendislik Felsefesiyle Yaklaşım” adı altında nəfis şəkildə, böyük tirajla nəşr edilib.

Əsər Türkiyənin və Türk dünyasının önəmli universitet, akademiya və digər elm və təhsil müəssisələrinə hədiyyə olaraq göndərilib.

Kitabın elmi redaktoru və ön sözün müəllifi Beynəlxalq Mühəndislik Akademiyasının prezidenti, akademik Boris Qusev, Türkiyə türkcəsinə uyğunlaşdıranlar isə professor Elçin İsgəndərzadə və Ayişə Nəbilidir.

Qeyd edək ki, Əhəd Canəhmədov xarici ölkələrin bir sıra akademiyalarının həqiqi üzvü, 50-dən çox monoqrafiyanın, kitab və dərsliyin, 3 elmi kəşfin, 500-ə yaxın elmi məqalənin və patentin müəllifidir. Rusiyanın Əməkdar mühəndisidir. O, “Elm Cəngavəri” rütbəsinə layiq görülüb. Elm və təhsil üzrə bir sıra beynəlxalq müsabiqələrin laureatıdır. Onun fundamental əsərləri ingilis dilinə tərcümə edilib, ABŞ, Almaniya, Türkiyə və digər ölkələrdə nəşr edilib və beynəlxalq səviyyədə tanınıb. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Alim xarici ölkələrin bir çox orden və medallarına da layiq görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see257

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see215

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see205

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see197

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see163

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see159

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see158

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see150

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see148

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see144

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see143

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see142

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see141

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see140

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see131

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri