Icma.az
close
up
RU
Akademik: Hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var

Akademik: Hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 31 yanvar, AZƏRTAC

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Gənclər Günü ilə əlaqədar tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. İclası giriş sözü ilə açan institutun baş direktoru akademik Dilqəm Tağıyev qeyd edib ki, hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var. Xüsusilə milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün isə illər lazımdır. Bu gün Azərbaycan gəncliyi ən qürurlu və şərəfli günlərini yaşayır. 2016-cı ildə baş verən və hərb tariximizə “Aprel döyüşləri” kimi düşən döyüşlərdə, eyni zamanda 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi yeni bir qəhrəmanlıq tarixi yaza bildi. Təmas xəttində düşmənin hər cür təxribatına inamla qəhrəmancasına cavab verən Azərbaycan əsgəri gənc nəslin ölkə həyatındakı nə qədər mühüm rol oynamasının göstəricisi idi. Gənclər cəmiyyətin aparıcı təbəqəsidir. Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik gənclər Vətənimizi uğurlu gələcəyə aparmaq üçün böyük qüvvədir və hər yerdə ölkəmizi layiqincə təmsil edirlər. “Gənclik böyük və tükənməz bir qüvvədir. Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir”, - deyərək akademik vurğulayıb.

Sonra akademik D.Tağıyev 2024-cü ildə istitutuun gənclərindən bir çoxunun xarici ölkələrdə keçirilən konfranslarda, akademik tədbirlərdə iştirak etdiyini, sertifikat və diplomlara layiq görüldüyünü diqqətə çatdırıb və bəzi gənclərin öz elmi-tədqiqat işlərinin bir hissəsini xaricdəki institutlarda apardıqlarını və alınmış nəticələrin birgə məqalələr şəklində çap etdirdiklərini deyib.

Akademik çıxışında gəncləri xarici ölkələrdə təqaüd proqramlarına müraciət etməyə, savadlı kadr kimi yetişmək üçün yaradılan geniş imkanlardan faydalanmağa, xarici dil biliklərini zənginləşdirməyə çağırıb, həmçinin onlara konfranslarda, simpoziumlarda, müsabiqələrdə daha fəal olmağı tövsiyə edib. Akademik öz üzərində daim çalışan, məsuliyyətli, nizam-intizama riayət edən gənclərə hər zaman dəstək olacağını onların diqqətinə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see214

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see210

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see175

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see161

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see149

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see139

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see133

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see131

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see131

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see131

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see131

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see130

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see129

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see126

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri