Icma.az
close
up
RU
Akademik İsa Həbibbəyli indoneziyalı professor Riri Fitri Sari ilə görüşüb

Akademik İsa Həbibbəyli indoneziyalı professor Riri Fitri Sari ilə görüşüb

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkəmizdə səfərdə olan “UI GreenMetric” Dünya Universitetləri reytinqinin təsisçisi, İndoneziya Universitetinin professoru Riri Fitri Sari ilə görüşüb.

525.az xəbər verir ki, görüşdə akademik İsa Həbibbəyli Milli Elmlər Akademiyasında aparılan islahatlar içərisində başlıca istiqamətlərdən birinin elektron hərəkatı olduğunu və bu münasibətlə AMEA-nın Rəyasət Heyəti aparatında “Elektron Akademiya” şöbəsinin yaradıldığını bildirib. Qeyd edib ki, şöbə tərəfindən qısa müddət ərzində reytinq göstəriciləri, rəqəmsallaşma, süni intellektin elmi tədqiqatlarda tətbiqi, elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm nəticələr əldə olunub, Azərbaycan elmini dünyaya çıxarmaq məqsədilə alimlərimizin beynəlxalq akademik şəbəkələrdə profilləri yaradılıb, elmi nəşrlərin veb saytları hazırlanıb və jurnallarda işıq üzü görən məqalələrə DOİ identifikatoru verilməyə başlanıb. 

AMEA rəhbəri, bu gün həyatımızın bir parçasına çevrilən süni intellektin humanitar və ictimai elmlər sahələri üzrə elmi tədqiqatlarda tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atıldığını söyləyib və bununla bağlı alimlərimizin indoneziyalı mütəxəssislərlə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Öz növbəsində “UI GreenMetric” Dünya Universitetləri reytinqinin təsisçisi professor Riri Fitri Sari təmsil etdiyi qurumun elmi-tədqiqat fəaliyyəti barədə məlumat verib. Professor “UI GreenMetric” Dünya Universitetləri reytinqinin elmi qurumların və universitetlərin bir sıra istiqamətlərdə elmi-tədqiqat fəaliyyətlərinin qiymətləndirilməsində mühüm rol oynadığını deyərək reytinqin qurumlar arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçün əvəzsiz platforma olduğunu bildirib.

AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi Aygün Əliyeva təmsil etdiyi şöbənin fəaliyyət istiqamətləri barədə qonağa məlumat verib, suallarını səsləndirib.

Görüşdə reytinq, rəqəmsallaşma, süni intellekt, yaşıl texnologiyalar istiqamətində birgə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, uyğun mütəxəssislərlə əlaqələrin yaradılması və davam etdirilməsi barədə razılığa gəlinib.

Sonra qonaq AMEA-nın Rəyasət Heyətində olub, “Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə görüşüb, bir sıra təcrübələrini onlarla bölüşüb.

Sonda AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://525.az
archiveBu xəbər 13 İyun 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see333

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see231

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see209

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see194

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see189

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see170

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see168

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see163

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see155

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see154

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri