Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

2027 ci ildən Bakıya köç daha da artacaq?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Akademik İsa Həbibbəyli Özbəkistanlı professor İnomjon Azimovla görüşüb

Akademik İsa Həbibbəyli Özbəkistanlı professor İnomjon Azimovla görüşüb

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti nəzdində Dövlət dilində iş aparılması əsaslarının tədrisi və ixtisasartırma Mərkəzinin direktoru professor İnomjon Azimov və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqlar əvvəlcə AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olaraq, tarixi və memarlıq xüsusiyyətləri barədə ətraflı məlumat alıblar. Tanışlıq zamanı Birinci Türkoloji Qurultayın keçirildiyi Böyük Zalı da ziyarət ediblər.

Görüşdə akademik İsa Həbibbəyli iki ölkə arasındakı sarsılmaz dostluğun və ortaq elmi və mədəni irsin möhkəm təməl üzərində qurulduğunu bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasındakı səmimi qardaşlıq münasibətləri xalqlarımızın birliyinin əsas təminatçısıdır. Bu birlik təkcə siyasi deyil, həm də ortaq mədəniyyətimizə fayda gətirən mənəvi bir bağdır.

AMEA prezidenti Özbəkistanın hər zaman Azərbaycanın yanında olduğunu, xüsusilə II Qarabağ müharibəsi zamanı dəstəyini vurğulayıb. Bu gün işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Xankəndidə həyata keçirilən layihələrin bu birliyin bariz nümunəsi olduğunu deyib.

Akademik İsa Həbibbəyli iki ölkənin Elmlər Akademiyaları və universitetləri arasında əlaqələrin sürətlə inkişaf etdiyini qeyd edərək, hər il fevral ayında Bakıda böyük mütəfəkkir Əlişir Nəvainin xatirəsinə həsr olunmuş “Nəvai Günləri”nin keçirilməsinin artıq gözəl bir ənənəyə çevrildiyini bildirib.

“Nizami Gəncəvi, Məhəmməd Füzuli və Əlişir Nəvai təkcə Türk dünyasının deyil, bəşəriyyətin dühalarıdır. Əlişir Nəvai Nizami Gəncəvini özünə ustad hesab edib, bu mənəvi varislik əsrlər boyu xalqlarımızı bir-birinə bağlayıb. Son illərdə AMEA-da Əlişir Nəvai haqqında kitablar çap edilib, elmi konfranslar keçirilib. Nizami Gəncəvinin “Xəmsə”si özbək dilinə, Əlişir Nəvainin “Xəmsə”si isə Azərbaycan dilinə tərcümə olunaraq nəşr olunub. Özbək əsilli tədqiqatçı Xalid Səid Xocayev M.Kaşğarinin “Divani lüğət-it-türk” əsərini dilimizə tərcümə edib”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.

AMEA rəhbəri Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubiley tədbirində Özbəkistan nümayəndə heyətinin fəal iştirakını və ortaq əlifba məsələsindəki töhfələrini ehtiramla xatırladıb.

Görüşdə professor İnomjon Azimov Azərbaycan və Özbəkistan arasında əlaqələrin həm elm, həm mədəniyyət, həm də ortaq gələcəyə baxış istiqamətində daha da dərinləşməkdə davam etdiyini bildirib. Bu gün Bakıda göstərilən qardaşlıq münasibəti və birgə araşdırmalar üçün yaradılan şəraitin xalqlarımızın ortaq gələcəyinə xidmət edən ən böyük töhfə kimi qiymətləndirib.

Professor İnomjon Azimov rəhbərlik etdiyi mərkəzin Özbəkistanda dövlət dilinin tədrisi və tətbiqi istiqamətində mühüm missiyanı yerinə yetirdiyini deyib. Ortaq dilimizi müasir elmi metodlarla inkişaf etdirmək istiqamətində AMEA-nın müvafiq institutları ilə sıx və məhsuldar əməkdaşlıq quracaqlarını vurğulayıb.

Professor özbək dilində “Əlişir Nəvai Ensiklopediyası”, “Birinci Türkoloji Qurultayının stenoqrafik hesabatı (26 fevral – 5 mart 1926-cı il)” və “Özbək ədəbi dili imla qaydalarının formalaşma tarixi” kitablarını akademik İsa Həbibbəyliyə hədiyyə edib.

AMEA prezidenti öz növbəsində qonaqlara Azərbaycan mədəniyyəti, Qarabağ və Şuşa həqiqətləri barədə kitablar bağışlayıb.

Anar Turan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Aprel 2026 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see365

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see319

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see304

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see284

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see283

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see279

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see279

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see274

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see257

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see252

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see249

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see244

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see241

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see238

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see235

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see234

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see227

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see221

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see206

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri