Icma.az
close
up
RU
Akademik İsa Həbibbəyli Türk Dil Qurumunun rəhbəri professor Osman Mertlə görüşüb

Akademik İsa Həbibbəyli Türk Dil Qurumunun rəhbəri professor Osman Mertlə görüşüb

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

İyunun 18-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun rəhbəri professor Osman Mertlə görüşüb.

AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə dostluq qardaşlıq münasibətlərinin hər zaman olduğu kimi bu gün də yüksək səviyyədə davam etdiyini, əlaqələrimizin təməlində Ulu Öndər Heydər Əliyevin şüara çevrilmiş “Bir millət, iki dövlət” sözlərinin dayandığını bildirib.

Akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının qardaş Türkiyənin akademik qurumları ilə sıx münasibətləri olduğunu, bu günlərdə AMEA-nın və Türkiyə Elmlər Akademiyasının (TÜBA) birgə təşkilatçılığı ilə “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda beynəlxalq elmi konfransın keçiriləcəyini diqqətə çatdırıb.

Görüş zamanı 2026-cı ildə Bakıda keçiriləcək I Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlıqla bağlı nəzərdə tutulan işlər müzakirə olunub. AMEA-nın Türk Dil Qurumu ilə ortaq konfransların, seminarların təşkili və nəşrlərin ərsəyə gətirilməsinin əhəmiyyəti vurgulanıb.

Öz növbəsində çıxış edən Türk Dil Qurumunun rəhbəri professor Osman Mert AMEA-da olmaqdan məmnunluğunu dilə gətirib, rəhbərlik etdiyi təşkilatın Milli Elmlər Akademiyası ilə sıx münasibətləri olduğunu söyləyib. Professor Osman Mert I Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı bir sıra təkliflərini səsləndirib.

Daha sonra qonağa hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Professor Osman Mert, həmçinin AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə görüşüb, aparılan tədqiqatlarla tanış olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyun 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri