Icma.az
close
up
RU
İsmayıl Hacıyevin 2 yeni elmi nəşri işıq üzü görüb

İsmayıl Hacıyevin 2 yeni elmi nəşri işıq üzü görüb

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin ”Naxçıvan tarixi mənbələr işığında” adlı kitabı nəşr olunub. 

525.az xəbər verir ki, kitabda müəllifin müxtəlif əsərlərə yazdığı ön sözlər, resenziyalar və müsahibələr toplanıb. Burada həm də müxtəlif elm adamları, ziyalılar, mətbuat nümayəndələri müəllifin müxtəlif illərdə nəşr olunan kitab və monoqrafiyalarına yazdıqları resenziyalar da verilib.

“Apostrof-A” nəşriyyatında işıq üzü görən 472 səhifəlik kitabın elmi redaktoru tarix elmləri doktoru, dosent Emin Şıxəliyev, rəyçiləri tarix üzrə fəlsəfə doktoru Musa Quliyev, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov, naşiri isə Akif Dənzizadədir. 

Onu da qeyd edək ki, İsmayıl Hacıyevin ”Naxçıvan tarixi mənbələr işığında” adlı kitabı “Giriş” və 3 fəsildən ibarətdir.

Kitabın I fəslində müəllifin “Heydər Əliyevin tariximizdə və taleyimizdəki yeri və rolu”, “Heydər Əliyev: bəşəri müdrikliyi özündə əks etdirən tarixi şəxsiyyət”, “Azərbaycan tarixində Heydər Əliyev mərhələsi”, “Naxçıvan diyarının siyasi tarixi”, “Naxçıvan tarixi yeni tədqiqatda”, “Naxçıvan tarixi və abidələri”, “Kəngərli elinin soy kitabı”, “Qədim türk yurdu haqqında həqiqətlər”, “Vətənin əbədi harayı” və s. kimi kitab və monoqrafiyalara yazdığı 29 ön söz yer alıb.

II fəsildə akademikin “Heydər Əliyev irsi-əbədiyaşar təlim”, “İlham Əliyev və müstəqil Azərbaycanın ilkləri (2003-2024)”, ”Əlincəçay mahalına həsr edilmiş dəyərli əsər” və s. kimi kitab və monoqrafiyalara yazdığı 8 resenziya öz əksini tapıb. Həmçinin İsmayıl Hacıyevin əsərləri haqqında yazılan “Yeni dövrün yeni Naxçıvanı”, “Naxçıvanın müstəqillik dövrü salnaməsi”, “Naxçıvanşünaslıq elmi xəzinəsinə dəyərli töhfə”, “Ümummilli liderin yubileyinə həsr olunan dəyərli monoqrafiya”, “Naxçıvan-Azərbaycanın dövlətçilik tarixində”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafına həsr olunmuş monoqrafiya naxçıvanşünaslığa dəyərli töhfədir” və s. kimi 25 resenziya öz əksini tapıb. 

Kitabın III fəslində isə “Elmə olan diqqətin təzahürü”, “AMEA Naxçıvan Bölməsi fəaliyyət dairəsini genişləndirir”, “Ölkə Prezidentinin bəyanatı erməniləri təşvişə salıb”, “Müstəqil Azərbaycanın siyasi zəfərlər epopeyası” və s. mövzularda “Azad Azərbaycan”, “Şərq qapısı”, “Yeni Azərbaycan”, “Xalq qəzeti”, “İki sahil”, “Naxçıvan”, “Tələbə press”, “Nuh yurdu”, “Azərbaycan diasporu”, “Səs”, “Kaspi”, “525-ci qəzet”, “AZƏRTAC”  kimi qəzetlərə verdiyi müsahibələri yer alıb. 

Naxçıvan Muxtar Respublikasının son 25 il ərzində keçdiyi  ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni inkişaf mərhələlərinin kompleks şəkildə təhlilinə maraq göstərən geniş oxucu auditoriyası, xüsusilə də tarix, politologiya və mədəniyyət sahələrində tədqiqat aparan alim və mütəxəssislər üçün nəzərdə tutulmuş elmi-nəzəri mənbə olmaq baxımından olduqca əhəmiyyətlidir. 

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “История  Oбразования и развития Нахичеванской Автономной Республики” adlı monoqrafiyası işıq üzü görüb.

Tarixi həqiqətlərimizin beynəlxalq aləmdə tanıdılması məqsədilə orijinal nəşrdən sonra rus dilində nəşr edilib.

Monoqrafiyada XX əsrin əvvəllərində Naxçıvan diyarının ictimai-siyasi və hərbi vəziyyəti araşdırılmış, Naxçıvanda baş vermiş hadisələr təhlil edilmiş, ermənilərin Naxçıvan iddiaları və soyqırım törətmələri, Naxçıvanın qəhrəman əhalisinin mübarizəsi faktik materiallar əsasında öyrənilmişdir. Türkiyənin köməyi ilə Naxçıvanın qorunub saxlanılması, Moskva və Qars beynəlxalq müqavilələri sayəsində Azərbaycanın protektoratlığında Naxçıvana muxtar respublika statusunun verilməsi, Naxçıvan Muxtar Respublikasının yaranması və inkişaf tarixi xronoloji ardıcıllıqla işlənilib. 

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən 447 səhifəlik monoqrafiyanın elmi redaktorları tarix elmləri doktoru, professor Nikolay Dyakov, tarix üzrə fəlsəfə doktoru, dosent Akif Fərzəliyev, rəyçiləri isə AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı, tarix elmləri doktoru, professor Oktay Sultanov, tarix elmləri doktoru, dosent Emin Şıxəliyevdir. 

Onu da qeyd edək ki, İsmayıl Hacıyevin ”Naxçıvan tarixi mənbələr işığında” adlı monoqrafiyası “Giriş”, 7 fəsil və “Nəticə” dən ibarətdir.

“Naxçıvan Azərbaycan Xalq Cumhuriyyəti dövründə” adlı I fəsildə Türkiyənin Naxçıvan bölgəsinə siyasi-hərbi yardımı, İngiltərə və ABŞ-ın Naxçıvan bölgəsinə dair ikili siyasəti, ermənilərin Naxçıvan bölgəsinə ərazi iddiaları kimi məsələlərdən bəhs olunur.

Monoqrafiyanın “Araz-Türk Cumhuriyyətinin yaranması, fəaliyyəti və süqutu” adlı II fəslində Araz-Türk Cumhuriyyətinin yaranması, hakimiyyət strukturlarının yaradılması, ərazi bütövlüyü uğrunda erməni daşnaklarına qarşı mübarizə kimi məsələlərə yer verilib.

“Naxçıvanda Sovet hakimiyyətinin qurulması, muxtariyyət statusu və Naxçıvan MSSR-in təşkili” adlı III fəsildə Qars konfransı, Qars müqaviləsi, Azərbaycanın himayəsində Naxçıvan statusu, Naxçıvan Muxtar Respublikasının siyasi-hüquqi statusu və MSSR-in təşkili barədə məsələlərdən bəhs edilib. 

“Naxçıvan MSSR XX əsrin 20-30-cu illərində” adlı IV fəsildə Naxçıvan sənayesinin bərpası, inkişafı, Naxçıvan MSSR-də mədəni quruculuq işlərindən bəhs olunub.

Monoqrafiyanın “Naxçıvan Muxtar Respublikası 1941-1945-ci illər müharibəsi dövründə” adlı V fəsli Naxçıvan əhalisinin müharibə cəbhələrində, həmçinin arxa cəbhədəki fəaliyyətlərinə aydınlıq gətirilir.

“Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı(1946-1990)” və “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində (1990-2024)”  adlı fəsillərdə  isə Naxçıvan tarixində Heydər Əliyev dövrü, müstəqilliyin möhkəmləndirilməsi, Naxçıvan Muxtar Respublikasının inkişaf dinamikasına nəzər salınıb.

Monoqrafiyada şəxsi və coğrafi adların göstəricilərinə də yer verilib.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Oktyabr 2025 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri