Akademik İsmayıl Hacıyevin biblioqrafiyası nəşr olunub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Naxçıvan, 4 iyun, AZƏRTAC
Görkəmli tarixçi-alim, tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyevin 75 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası tərəfindən “Akademik İsmayıl Hacıyev: biblioqrafiya” adlı biblioqrafik göstərici hazırlanıb.
Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, AMEA-nın Rəyasət Heyətinin müvafiq qərarı ilə “Görkəmli elm xadimləri” seriyası altında tərtib olunan biblioqrafiyanın elmi məsləhətçisi və ön sözün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov, tərtibçisi baş biblioqraf Türkan Vahidova, redaktorları isə filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Nərgiz Novruzovadır.
Biblioqrafiyanın əvvəlində Prezident İlham Əliyevin akademikin “Əməkdar elm xadimi” fəxri adı, “Şöhrət” ordeni, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” və “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalları ilə təltif edilməsi haqqında sərəncamları, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, AMEA Rəyasət Heyətinin müvafiq sərəncam və qərarları yer alıb.
Nəşr akademik İsmayıl Hacıyevin həyatını, elmi-pedaqoji və ictimai fəaliyyətini, əsərlərinin biblioqrafiyasını, həmçinin haqqında yazılmış mənbələri əhatə edir. Bundan əlavə, nəşrdə akademik İsmayıl Hacıyevin haqqında yazılan oçerklər, 1990-2025-ci illərdə nəşr olunmuş elmi əsərlərinin - monoqrafiyaları, kitabları, o cümlədən həyatı, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinin əsas tarixləri haqqında məlumatlar Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərində də verilib.
Müxbir- Nail Əsgərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 04 İyun 2026 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















