Akademik Milli Dram Teatrında Qarabağnamə tamaşası nümayiş olunub
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 10 noyabr, AZƏRTAC
Akademik Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşadan əvvəl Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən şəhid Rövşən Nurzadənin atası Xalq artisti Əli Nur vətənpərvərlik, milli birlik, qəhrəmanlıq günü olan 8 noyabr Zəfər günü münasibətilə tamaşaçıları təbrik edib, müharibə iştirakçılarına, şəhid ailələrinə, qazilərə dərin hörmət və ehtiramını bildirib.
“Qarabağnamə” tamaşası Xalq yazıçısı İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında hazırlanıb. Tamaşaya Xalq artisti Mərahim Fərzəlibəyov quruluş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 10 Noyabr 2026 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















