Icma.az
close
up
RU
Akademik Rafael Hüseynov: Azərbaycan Ukrayna münasibətləri inkişaf edir və yeni məzmunla zənginləşir

Akademik Rafael Hüseynov: Azərbaycan Ukrayna münasibətləri inkişaf edir və yeni məzmunla zənginləşir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 2 oktyabr, AZƏRTAC

Ukraynanın tarix boyu qazandığı ən ali nemət istiqlalın, dövlət müstəqilliyinin təntənəsidir. Ukraynanın dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümü və Ukrayna Müdafiəçiləri Günü bu ölkədə son nəfərinədək bütün xalqın və dövlətin sevincini bərabər bölüşdüyü bayramdır.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən AZƏRTAC-a bildirilib ki, bu fikri Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov Ukrayna səfirliyinin bu ölkənin dövlət müstəqilliyinin 34-cü ildönümünə və Ukraynanın Müdafiəçiləri Gününə həsr edilmiş tədbirində söyləyib.

“Bu iki müqəddəs bayramın nüvəsini təşkil edən istiqlal, dövlət müstəqilliyi elə sərvətdir ki, onu hər gün, hər saat deyil, hər an, hər göz qırpımında qorumaq lazımdır”, - deyən akademik Rafael Hüseynov vurğulayıb ki, bu gün ölkənin azadlığının, müstəqilliyinin, sərhədlərinin, ləyaqətinin, şərəfinin mərd qoruyucularının bayramıdır. Bu bayramın dəyərini artıran, ona xüsusi məna verən, onu rəmziləşdirən amil odur ki, bu bayramın fəlsəfəsinə baxdıqda arxada qalan 4 ilə yaxın müddətdə Ukraynanın cəsur qadınları və kişiləri canları ilə sadiq olduqlarını qəhrəmancasına sübuta yetiriblər.

Azərbaycan ilə Ukrayna xalqları arasında dostluq münasibətlərinin tarixi köklərə malik olduğunu söyləyən akademik Rafael Hüseynov müstəqillik illərində ölkələrimizin siyasi, iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq etdiyini, beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini daim dəstəklədiklərini bildirib. Qeyd edib ki, bu gün də ölkələrimizi qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq ruhu birləşdirir. Hazırda sağlam əsaslar üzərində qurulmuş münasibətlər inkişaf edir və yeni məzmunla zənginləşir.

“Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşləri, imzalanmış sənədlər və birgə bəyanatlar ölkələr arasında münasibətlərin möhkəm təməlini yaradıb. Ərazi bütövlüyü və suverenlik məsələlərində ölkələrimizin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməsi təqdirəlayiqdir. İnanıram ki, Azərbaycan və Ukrayna xalqları arasında dostluq və əməkdaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, qarşılıqlı dəstək və həmrəylik üzərində möhkəmlənəcəkdir”,- deyə o, əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see304

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see264

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see218

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see213

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see205

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see191

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see163

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see153

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see143

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see141

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see137

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see136

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see135

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see134

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see133

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see128

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see128

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see127

ÜST nin Çərçivə Konvensiyasının növbəti konfransı İrəvanda keçiriləcək

23 Noyabr 2025 17:16see126

Hazırda İran və ABŞ arasında vasitəçilikdən söhbət getmir

23 Noyabr 2025 14:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri