Icma.az
close
up
RU
Akademik Rafael Hüseynov: Azərbaycanın Balkan ölkələri ilə siyasi, iqtisadi, mədəni elmi əlaqələri daim inkişaf edir

Akademik Rafael Hüseynov: Azərbaycanın Balkan ölkələri ilə siyasi, iqtisadi, mədəni elmi əlaqələri daim inkişaf edir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 sentyabr, AZƏRTAC

Azərbaycanın Balkan ölkələri ilə siyasi, iqtisadi, mədəni-elmi əlaqələri daim yüksələn xətlə inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bu fikri Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov Bakıda keçirilən II Beynəlxalq Balkanşünaslıq Konfransında çıxışı zamanı bildirib.

Akademik Avropanın əhəmiyyətli parçası olan Balkan ölkələrinin azərbaycanlılara, türklərə bir çox cəhətdən doğma olduğunu söyləyib. Vurğulayıb ki, son 30 ildən artıq bir müddətdə Azərbaycanın Balkan ölkələri ilə siyasi, iqtisadi, mədəni-elmi əlaqələri daim yüksələn xətlə inkişaf edir və artıq ikinci dəfə keçirilən Beynəlxalq Balkanşünaslıq Konfransı bunu bir daha təsdiq edir.

Azərbaycanın Serbiya, Sloveniya, Bosniya, Albaniya, Xorvatiya, Makedoniya və Bolqarıstanla səmərəli əlaqələri olduğunu deyən alim qeyd edib ki, Prezident İlham Əliyevin bu ölkələrə çoxsaylı səfərləri baş tutub. Davos İqtisadi Forumu çərçivəsində dövlətimizin başçısının Balkan ölkələrinin rəsmiləri ilə keçirdiyi görüşlər isə səmərəli nəticələr verməkdədir.

Akademik Rafael Hüseynov bildirib ki, Azərbaycanın Balkan ölkələri ilə təbii qaz, bərpaolunan enerji sahəsində və ölkələrimiz üçün gərəkli olan bir çox istiqamətlərdə artıq sistemləşmiş əməkdaşlığı mövcuddur. O, Zəngəzur dəhlizinin – Tramp Marşrutunun açılması ilə Azərbaycandan bir tərəfdən Orta Asiyaya çatan, o biri tərəfdən isə Balkanlara uzanan yolun qan damarı kimi yalnız iqtisadiyyatı deyil, siyasi maraqları, bütün digər yaxınlaşma və təmas xətlərini bir-birinə daha sıx bağlayacağını, qlobal tərəqqidə və əməkdaşlıqda büsbütün yeni və əhəmiyyətli mərhələnin başlanğıcına çevriləcəyini vurğulayıb.

O, 7 ölkənin 100-dən artıq alimini qovuşduran konfransın dövlətlər və xalqlar arasındakı münasibət və əlaqələrin daha da yüksəlməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Akademik Rafael Hüseynov balkanistikanın ən müxtəlif problemlərini əhatə edən məruzələrin kompleks tədqiqat adlandırıla biləcək sanballı bir kitabda toplanacağını bildirib, tədbirin işinə uğurlar arzulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri