Icma.az
close
up
RU
AKİ tammetrajlı film ssenari müsabiqəsi edir

AKİ tammetrajlı film ssenari müsabiqəsi edir

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

 Azərbaycan Kinematoqrafçılar İttifaqı “Mən Qadınam” adlı tammetrajlı bədii film ssenari müsabiqəsi elan edir. AKİ ssenari müsabiqələrini kinomuzu inkişaf etdirən, müəlliflər arasında rəqabəti artıran və ssenari yaradıcılığına  marağı stimullaşdıran mühüm mexanizm sayır .

 

Müstəqillik illərinin kinomuzun ən böyük  boşluqlarından biri qadın qəhrəmanlardır. Halbuki, ölkəmizdə 30 il ərzində baş veərn siyasi, iqtisadi, hərbi kataklizmlərin ağrılarını məhz Azərbaycan qadını öz çiyinlərində daşıyıb. Ölkəmizin hərbi, iqtisadi, diplomatik qələbələrinin tamhüquqlu  müəlliflərindəndir Azərbaycan qadını: şəhid anaları, qazi bacıları,  kənd  müəllimləri,  tibb bacıları, sahibkar xanımlar, məktəbli və tələbə xanımlar, alimlər, teatr və kino sənətkarları, idmançılar,  kitabxanaçılar və xadimələr, sadəcə qadın səadətinə çatmaq istəyən milyonlarla qadın, peşə  və baxışlarından asılı  olmayaraq, “mən qadınam”  deyərək yoluna davam etməyə güc tapacaq şəxsiyyətlərdir. Müasir ssenarilərimizdə parlaq qadın obrazlarının yoxluğu kino aktrisalarımızın da peşəkar  və texniki inkişafının qarşısını alır. 

Qeyd edək ki, AKİ “Mən Qadınam” qısametrajlı ssenari müsabiqəsi elan etmişdi və ssenaristlər tərəfindən böyük maraqla qarşılanmışdı. Bu səbəbdən mövzuda heç bir janr və mövzu məhdudiyyəti qoymadan, Azərbaycan Kinematoqrafçılar  İttifaqı  “Mən Qadınam” tammetrajlı bədii film ssenari müsabiqəsi elan edir. Ssenari müsabiqəsinin məqsədi kinomuzda müasir qadınlarımızın parlaq kino obrazlarını yaratmaqdır.

Moderator.az ssenari müsabiqəsinin şərtlərini təqdim edir:

– ssenarinin baş qəhrəmanı qadın olmalıdır. 

- ssenaridəki hadisələr müasir zamanda baş verməlidir ( 1990-2024).

-müsabiqəyə göndərilən ssenarilərə janr məhdudiyyəti qoyulmur.

-müsabiqəyə göndərilən ssenarilərin metrajı 52 dəqiqədən çox olmalıdır. 

-ssenarinin titul vərəqi olmalıdır (mərkəzdə ssenarinin adı , müəllifin adı və soyadı, sağ aşağı  küncdə email adresi, əlaqə üçün telefon nömrəsi).

-ssenarilər ancaq bədii film formatında olmalıdır  (animasiya, sənədli film qəbul olunmur).

-ssenari qəbulu müddəti keçdikdən sonra ssenarilər qəbul olunmur.

- Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdı.

- Əvvəlki müsabiqələrdə qalib olan tammetrajlı ssenarilər müsabiqəyə qəbul olunmur.

– Müsabiqədə iştirak üçün tammetrajlı bədii filmin ssenarisi, (şrift: Courier New, ölçü: 12) müəllif haqqında məlumatla (filmoqrafiya (əgər varsa) , təvəllüd, iş  yeri, ali təhsil) birlikdə elektron variantda [email protected] email ünvanına  “Mən Qadınam” başlığı ilə göndərilməli və çap olunmuş variantda (2 nüsxə) Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə (Bülbül prospekti 30, ikinci mərtəbə, 207-ci otaq) təqdim edilməlidir. 

Bir müəllif maksimum iki ədəbi ssenari təqdim edə bilər.

Ssenari 15 dekabr  2024-ci il tarixindən 15 aprel 2025-ci ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqına təqdim edilməlidir. 

Qaliblərin elanı: 2 avqust.

Qaliblər (I, II, III yerlər, pul mükafatı 5000 azn, 3500 azn, 2500 azn olmaqla) diplom və pul mükafatı ilə təltif  ediləcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Dekabr 2024 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see353

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see245

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see189

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see164

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see143

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see140

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see134

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see134

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri