AKİ ssenari müsabiqəsi elan edib
Azvision saytına istinadən Icma.az xəbər verir.
Layihənin ana xəttini 2020-ci il Vətən müharibəsi dövrü təşkil edir. Müsabiqə müharibənin yalnız döyüş meydanında deyil, cəbhədən uzaqda insanların həyatında yaratdığı dəyişiklikləri, mənəvi-sosial sınaqları, itkiləri, həmrəyliyi və gündəlik mübarizəni kino dili ilə çatdırmaq məqsədi daşıyır.
Təşkilatçıların əsas məqsədi böyük tarixi hadisələr fonunda diqqətdən kənarda qalan fərdi insan hekayələrini üzə çıxarmaq, ssenaristləri dəstəkləmək və gələcəkdə ekranlaşdırıla biləcək uğurlu kino layihələrinin inkişafına şərait yaratmaqdır.
Mövzuya müxtəlif rakurslardan yanaşmaq mümkündür: əsgər yolu gözləyən ailə, yaralılara yardım edən həkim, müharibədə iştirak edən müəllim, könüllü, jurnalist, eləcə də həmin günlərdə öz gündəlik həyatını davam etdirməyə çalışan hər bir vətəndaşın hekayəsi ssenarinin mərkəzində dayanacağı qəhrəman ola bilər.
Müsabiqədə təsvir olunan hadisələr 2020-ci il Vətən müharibəsi dövrünü əhatə etməli və arxa cəbhə reallıqlarını əks etdirməlidir. Müsabiqəyə yalnız orijinal, əvvəllər ekranlaşdırılmamış və başqa müsabiqələrdə qalib gəlməmiş qısametrajlı bədii film ssenariləri qəbul olunur; animasiya, sənədli və tammetrajlı filmlər nəzərdə tutulmur. Ssenarinin həcmi maksimum 52 səhifə təşkil etməli, janr məhdudiyyəti isə qoyulmur. Bir müəllif ən çox iki ədəbi ssenari təqdim edə bilər.
Ssenarilər oktyabrın 10-dan aprelin 1-dək həm elektron, həm də çap formasında qəbul ediləcək. Finalçılar 2027-ci il iyulun 15-də, qaliblər isə avqustun 2-də elan olunacaq.
İlk üç yerin qalibi müvafiq olaraq I yer üçün 2000 AZN, II yer üçün 1500 AZN, III yer üçün 1000 AZN məbləğində pul mükafatı və diplomlarla təltif olunacaq.
Əlavə məlumat üçün (+994 12) 493 65 86 telefon nömrəsi və [email protected] e-poçt ünvanı vasitəsilə İttifaqla əlaqə saxlamaq mümkündür.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:AKİ ssenari müsabiqəsi elan edir
06 Yanvar 2025 16:55
AKİ tammetrajlı ssenari müsabiqəsi elan etdi “Mən qadınam”
15 Dekabr 2024 08:19
AKİ tammetrajlı film ssenari müsabiqəsi edir
20 Dekabr 2024 11:20
AKİ: “Məktəblərdə nümayiş”
25 Mart 2025 14:45
AKİ əməkdaşı Mərakeşdə
05 Dekabr 2024 13:28
Baxış sayı:133
Bu xəbər 10 Oktyabr 2026 17:24 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları