Icma.az
close
up
RU
“Mən Qadınam” adlı tammetrajlı bədii film ssenari müsabiqəsi elan edildi

“Mən Qadınam” adlı tammetrajlı bədii film ssenari müsabiqəsi elan edildi

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Mən Qadınam” adlı tammetrajlı bədii film ssenari müsabiqəsi elan edir. AKİssenari müsabiqələrini kinomuzu inkişaf etdirən, müəlliflərarasında rəqabəti artıran və ssenari yaradıcılığına  marağı stimullaşdıran mühüm mexanizm sayır . 

Müstəqillik illərinin kinomuzun ən böyük  boşluqlarından biri qadın qəhrəmanlardır. Halbuki, ölkəmizdə 30 il ərzində baş veərn siyasi, iqtisadi, hərbi kataklizmlərin ağrılarını məhz Azərbaycan qadını öz çiyinlərində daşıyıb. Ölkəmizin hərbi, iqtisadi, diplomatik qələbələrinin tamhüquqlu  müəlliflərindəndir Azərbaycan qadını: şəhid anaları, qazi bacıları,  kənd  müəllimləri,  tibb bacıları, sahibkar xanımlar,məktəbli və tələbə xanımlar, alimlər, teatr və kino sənətkarları, idmançılar,  kitabxanaçılar və xadimələr, sadəcə qadın səadətinə çatmaq istəyən milyonlarla qadın, peşə  və baxışlarından asılı  olmayaraq, “mən qadınam”  deyərək yoluna davam etməyə güc tapacaq şəxsiyyətlərdir. Müasir ssenarilərimizdə parlaq qadın obrazlarının yoxluğu kinoaktrisalarımızın da peşəkar  və texniki inkişafının qarşısını alır.

Qeyd edək ki, AKİ “Mən Qadınam” qısametrajlı ssenari müsabiqəsi elan etmişdi və ssenaristlər tərəfindən böyük maraqla qarşılanmışdı. Bu səbəbdən mövzuda heç bir janr və mövzu məhdudiyyəti qoymadan, Azərbaycan Kinematoqrafçılar  İttifaqı  “Mən Qadınam” tammetrajlı bədii film ssenari müsabiqəsi elan edir. Ssenari müsabiqəsinin məqsədi kinomuzda müasir qadınlarımızın parlaq kino obrazlarını yaratmaqdır.

Ssenari müsabiqəsinin şərtlərini təqdim edirik:

– ssenarinin baş qəhrəmanı qadın olmalıdır. 

- ssenaridəki hadisələr müasir zamanda baş verməlidir ( 1990-2024).

-müsabiqəyə göndərilən ssenarilərə janr məhdudiyyəti qoyulmur.

-müsabiqəyə göndərilən ssenarilərin metrajı 52 dəqiqədən çox olmalıdır. 

-ssenarinin titul vərəqi olmalıdır (mərkəzdə ssenarinin adı , müəllifin adı və soyadı, sağ aşağı  küncdə email adresi, əlaqə üçün telefon nömrəsi).

-ssenarilər ancaq bədii film formatında olmalıdır (animasiya, sənədli film qəbul olunmur).

-ssenari qəbulu müddəti keçdikdən sonra ssenarilər qəbul olunmur.

- Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdı.

- Əvvəlki müsabiqələrdə qalib olan tammetrajlı ssenarilər müsabiqəyə qəbul olunmur.

– Müsabiqədə iştirak üçün tammetrajlı bədii filmin ssenarisi, (şrift: Courier New, ölçü: 12) müəllif haqqında məlumatla (filmoqrafiya (əgər varsa) , təvəllüd, iş  yeri, ali təhsil) birlikdə elektron variantda [email protected] email ünvanına “Mən Qadınam” başlığı ilə göndərilməli və çap olunmuş variantda (2 nüsxə) Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə (Bülbül prospekti 30, ikinci mərtəbə, 207-ci otaq) təqdim edilməlidir. 

Bir müəllif maksimum iki ədəbi ssenari təqdim edə bilər.

Ssenari 15 dekabr  2024-ci il tarixindən 15 aprel 2025-ci ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqına təqdim edilməlidir.

Qaliblərin elanı: 2 avqust.

Qaliblər (I, II, III yerlər, pul mükafatı 5000 azn, 3500 azn, 2500 azn olmaqla) diplom və pul mükafatı ilə təltif  ediləcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 Dekabr 2024 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri