Icma.az
close
up
RU
Akif Nağı: “Paşinyanın 2 hədəfi var”

Akif Nağı: “Paşinyanın 2 hədəfi var”

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Erməni toplumu indiyə qədər yaratdıqları reallıqdan uzaq mifik tarixin arxasında gedib”. 

Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında deyib. O, Nikol Paşinyanın “real Ermənistan” bəyanatları barədə danışıb:

“Əslində, ermənilər xülyaları deyil, “real Ermənistan”ı istəməlidirlər. Mifik tarixdən xilas olmaq onların özləri üçün yaxşı olar. 

Nikol Paşinyan oyun oynamamlıdır. O gah “real Ermənistan” deyir, gah da Azərbaycana qarşı başqa iddialar irəli sürür. Lakin son zamanlarda real tarixə doğru da müəyyən addımlar atıblar. Hətta son çıxışlarında Konstitusiyanı dəyişməklə bağlı fikirlər səsləndirir. Paşinyan sözlərini əsaslandırı ki, Konstitusiya dəyişikliyi Azərbaycan və Türkiyənin mövqeyinə təslim olmaq deyil.

Əksinə, Paşinyan bildirir ki, bu addımı atmayacağı təqdirdə dünya ölkələri Ermənistana silah satmayacaq”. 

Partiya sədri qeyd edib ki, Paşinyan ikibaşlı açıqlamaları ilə həm də zaman qazanmağa çalışır: 

“Paşinyan nə zamansa Azərbaycan və Türkiyənin regiondakı mövqelərinin zəifləyəcəyini zənn edir. O, hətta başqa dövlətə də sığına biləcəklərini düşünür. Onsuz da Ermənistan hər zaman öz təhlükəsizliyini başqa dövlətlərə bağlayırlar. Gah Rusiyaya, gah ABŞ-yə, gah da Fransaya güvənirlər. 

Əslində, kimsə gəlib onların yerinə döyüşməyəcək. Yəni hazırda ermənilər çox gülünc vəziyyətdədirlər. Nikol Paşinyanın son bəyanatları vaxt qazanmağa hesablanıb. Lakin zamanın onların xeyrinə işləmədiyini başa düşməlidirlər. Hesab edirəm ki, Ermənistan Azərbaycan və Türkiyənin himayəsi altında balaca bir dövlət kimi mövcudluğunu davam etdirməyi düşünməlidir”. 

Akif Nağının fikrincə, Paşinyanın “real Ermənistan” istiqamətində atdığı müsbət addımlar da var: “Paşinyan həm də “real Ermənistan” üçün vaxt qazanmaq istəyir.

O, bunun üçün uyğun şəraitin formalaşmasını gözləyir. Məncə, Paşinyan hakimiyyəti Azərbaycanı qəzəbləndirməmək üçün müəyyən qədər reallığa da yaxınlaşmağa çalışır. Paşinyan həm daxildəki, həm də xaricdəki erməni cəmiyyətini reallığa uyğunlaşdırmaq üçün addımlar atır. Yəni o, vaxt qazanmaqla yanaşı, həmçinin nəticə də əldə etmək istəyir. Nəticə isə “real Ermənistan”ın mövcudluğunu saxlamaqdır”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Yanvar 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see547

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see263

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see258

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see255

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see246

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see241

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see241

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see238

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see237

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see218

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see218

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see212

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see203

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see198

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see193

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see185

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see181

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see180

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see171

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri