Icma.az
close
up
RU
Akif Nağı: “Xocalı faciəsini unutmaq olmaz”

Akif Nağı: “Xocalı faciəsini unutmaq olmaz”

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu il ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 33 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

Qeyd edək ki, əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Azad Vətən Partiyasının sədri Akif Nağı "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Xocalı faciəsi erməni vəhşiliyinin növbəti təzahürüdür:

"Həmin gün bütün dünya ermənilərin iç üzünü və necə vəhşi olduqlarını gördü. Hətta Xocalı faciəsində iştirak etmiş bəzi həyasız ermənilər son günlərdə azərbaycanlıları necə qətlə yetirmələrindən "fəxrlə" danışırlar.

Yəni bunlar vəhşi toplumdurlar və millət kimi hələ də formalaşmayıblar. Üstəlik, torpaqlarımız işğal altında olan dövrdə belə ermənilər Xocalı ilə bağlı çox təhqiramiz açıqlamalar verirdilər. Onlar öz qəddarlıqlarını "müsbət bir iş" kimi qələmə verməyə çalışırlar. Bütün bunlar onların normal bir toplum olmadığını göstərir".

Siyasətçi vurğulayıb ki, Xocalı faciəsini əsla unutmaq olmaz:

"Xocalı şəhidlərimizin xatirəsi hər il olduğu kimi yenə də anılmalıdır. Biz də Azad Vətən Partiyası olaraq şəhidlərimizi ziyarət edəcəyik. Bu dəhşətli faciəni ölkənin daxilində də, xaricində də unutdurmaq olmaz. Xocalı soyqırımı dövründə yaşamayan gənclər belə kollektiv yaddaş nəticəsində bunu bilməli və özlərindən sonrakı nəsillərə ötürməlidirlər. 

Gənclər bu faciənin mahiyyətini bilməli, onu unutdurmamalı və gələcək nəsillərə çatdırmalıdırlar. Bu istiqamətdə işlər aparılmalıdır. Ziyarət də həmin prosesin tərkib hissəsidir. Hər il olduğu kimi bu ildə kütləvi şəkildə ziyarət olunacaq".

Partiya sədri qeyd edib ki, dünyanın müxtəlif yerlərində olan azərbaycanlılar bu günlə bağlı anım mərasimləri və tədbirlər keçirirlər:

"Biz təklif edirik ki, Şəhidlər xiyabanının içərisində də Xocalı soyqırımı ilə bağlı abidə qoyulsun. Beləliklə, gələn qonaqlar və rəsmi şəxslər Şəhidlər xiyabanını ziyarət edəndə, Xocalı abidəsini də ziyarət etsinlər. Bu da rəsmi protokola salınmalıdır. Yəqin ki, yaxın gələcəkdə bu istiqamətdə də müəyyən işlər aparıla bilər".

Elmir Mustafa
"Cebheinfo.az"

Açar sözlər: soyqırım Xocalı faciəsi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Fevral 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri