AKP sözçüsü Türkiyə ordusunun Suriyaya daxil olması ilə bağlı xəbərlərə aydınlıq gətirib
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik, Türk Silahlı Qüvvələrinə məxsus konvoyun Suriyaya daxil olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərin həqiqi olduğunu təsdiqləyib.
APA-nın Türkiyə bürosunun məlumatına görə, Çelik bildirib ki, görüntülərdə qeyri-adi heç bir vəziyyət yoxdur və bu hərəkətlilik Türkiyə ilə Suriya hökumətləri arasında mövcud razılaşmanın bir hissəsidir:
“Konvoylarla bağlı yayılan görüntülər doğrudur və burada qeyri-adi heç bir vəziyyət yoxdur. Həmin bölgədə uzun müddət xidmət edən birliklərimiz yeni birliklərlə əvəzlənir. Sosial şəbəkələrdə müxtəlif təhlillər görüldü, lakin bu, hər hansı fövqəladə vəziyyəti göstərmir. Türk Silahlı Qüvvələri orada iki ölkə arasında mövcud olan razılaşma çərçivəsində öz mövqeyini qorumağa davam edir. Hazırda həyata keçirilən fəaliyyətlər uzun müddət xidmət edən birliklərin yerinə yenilərinin göndərilməsi, yəni növbə dəyişikliyidir”, - Ömer Çelik qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 09 Dekabr 2025 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















