AKP: “Terrorsuz Türkiyə“ prosesi regionu da əhatə edəcək
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) 25 illik fəaliyyətinə dair vizyon sənədini açıqlayıb.
Moderator.az bu barədə NTV-yə istinadən xəbər verir.
"Terorsuz Türkiyə" prosesinə geniş yer ayrılan sənəddə prosesin hər hansı vasitəçi olmadan, ictimai asayiş və təhlükəsizlikdən güzəştə gedilmədən davam etdirildiyi bildirilib.
Sənəddə qeyd olunub ki, dövlətin həyata keçirdiyi effektiv mübarizə nəticəsində PKK terror təşkilatı 2025-ci ildə özünü buraxmaq qərarı qəbul edib və silahı yerə qoyduğunu açıqlayıb.
Həmçinin "Terorsuz Türkiyə" prosesinin uğurla başa çatacağı təqdirdə bunun Türkiyə tarixinin ən böyük nailiyyətlərindən birinə çevriləcəyi vurğulanıb.
Sənəddə bildirilib ki, proses hər hansı danışıqlar və sövdələşmələr aparılmadan, ictimai asayiş və təhlükəsizlikdən heç bir güzəşt edilmədən həyata keçirilir. Qarşıya qoyulan hədəf yalnız Türkiyə ilə məhdudlaşmır.
"Suriya və İraq başda olmaqla, regionda "Terrorsuz Bölgə" vizyonunun həyata keçirilməsi də qarşıya məqsəd qoyulub", - sənəddə vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 14 Avqust 2026 23:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















